Bu filmləri yalnız izləməyin: Ən qorxulu filmər


The Conjuring – IMDB 7.5

Gerçək hadisələrdən bəhs etməsi filmi daha qorxulu edir. Filmdə Perron ailəsinin şəhərdən kənarda yerləşən evlərində paranormal hadisələr baş verir. Ailə evin ruhlar və digər varlıqlar tərəfindən ələ keçirldiyini düşünürlər. Ruhlardan evi təmizləmək və lənəti götürmək üçün Ed ve Lorraine Warren adında cütlüyü evlərinə dəvət edirlər. Ed ve Lorraine Warren tezliklə necə bir qorxulu varlıqla qarşı-qarşıya qaldıqlarını başa düşəcəklər.

Insidious – IMDB 6.8

Renai evdə baş verən paranormal hadisələrdən narahat olmağa başlayar və ərini evdən köşməyə məcbur edər. Lakin oğulları Dalton bilinməyən bir səbəbdən komaya düşər. Bütün orqanları normal vəziyyətdə olsa da Daltonu yuxudan oyatmaq olmur. Yeni evə köçdükdən sonra vəziyyət dəyişməyəcək. Lənət onlarla bərabər yeni evə gedib.

Siccin (2014) – IMDB 6.3

Türkiyə istehsalı olan filmdə hadisələr Öznur adında bir qadının evli Kudreti özünə aşiq etməsi üçün onun həyat yoldaşına cadı eləməsindən bəhs edir. Cadı nəticəsində pis cinlər Kudretin həyat yoldaşı Nisayı ələ keçirir və hadisələr bundan sonra başlayır.

The Texas Chain Saw Massacre – IMDB 4.8

Filməd hadisələr Sally və Franklinin babalarının məzarını ziyarət etdikdən sonra evə dönərkən yolda olan bir nəfəri maşına almaları ilə başlayır. Yolçunu gedəcəyi yerə qoyub evə qayıtdıqlarında xəyal bele edə bilməyəcəkləri hadisələrin ortasında qalacaqlar.

The Ring – IMDB 7.1

İçindəki videoların nə mənaya gəldiyi bilinməyən bir video kaset var. Kasetun ən qəribə xüsusiyyəti isə bu kasetə baxdıqdan sonra telefon zəng çalır və 7 gün içində öləcəyiniz deyilir. Kaseti izləyən Rachel adlı qadının da həyatə təhlükəyə girər. Kasetin nə mənaya gəldiyini tapmaq isə tək çıxış yoludur. Vaxt isə azdır.

Get Out – IMDB 7.7

Qara dərili Chris sevgilisi Rose’un ailəsinin yanına köçər. Ancaq Rose’un ailəsinin yaşadığı qəsəbədə qəribə bir şəkildə qara dərili insanlar yoxa çıxmağa başlayar. Burda yaşayan başqa bir qara dəril Chrisdən təcili qəsəbədən qaçmasını istəyər. Lakin bu elə də asan deyil.

 The Exorcist – IMDB 8.0

The Exorcist bütün dövrün ən qorxulu filmi hesab edilir. Filmdə Regan adlı qızı şeytan ələ keçirir və şeytanı çıxarmaq üçün evə bir rahib çağrılır. 

The Silence of The Lambs – IMDB 8.6

Film peşəsinə yeni başlayan dedektiv Clarice Starling və insanların dərisini soyan və ən sonda gənc bir qızı qaçıran cinayətkarın hekayəsindən bəhs edir. Starling bu cinayətkarı yaxalamaq üçün nəzarətdə saxlanılan bir başqa qatil Hannibal Lecter’dən kömək istəyəcək. Ondan kömək almaq üçün isə ilk öncə onun etibarını qazanmalıdır.

Beyin yandıran filmlər: İzləyərkən beyninizin yorulacağı 10 film


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

3 Şərh