Diqqət: Gecə televizor izləmək kilo almağınıza səbəb olur

Gecələri işığa məruz qalmaq, otaqda televizor işığı yaxud pəncərədən gələn küçə lampası işığı bizim yuxumuzu bölməkdən daha çox zərər verə bilər. İşığa məruz qalmanın zərərləri nələrdir?


Gecələri işığa məruz qalmaq, otaqda televizor işığı yaxud pəncərədən gələn küçə lampası işığı bizim yuxumuzu bölməkdən daha çox zərər verə bilər. Yeni bir araşdırmaya görə gecə qəbul edilən işıq kilo almaq riskini artırır. 6 il ərzində aparılan araşdırma nəticələrinə görə gecələr işığa məruz qalan qadınların digər qadınlara nisbətən daha çox çəki aldığı müəyyən edilmişdir. 

Nəticələr, gecələri işıq qəbulunun normadan çox olması yaxud davamlı gecələr işığa məruz qalmağın sağlamlıq üçün olduqca təhlükəli olduğunu göstərir. Tədqiqatçıların heyvanlar üzərindəki əvvəlki araşdırmaları gecə işığa məruz qalan heyvanların yuxu ritmində pozğunluğa səbəb olduğu və yemək davranışlarını dəyişdirdiyini göstərdi. 

İşığın zərərləri

Gecə işığa məruz qalmanın zərərləri əvvəlki tədqiqatlarda müəyyən edilmişdir. Lakin bu araşdırma növbəti dəfə gecə növbəsində işləyən işçilər üzərindədə aparılmış və eyni nəticələr əldə olunmuşdu. Tədqiqatçılar son olaraq 35 ilə 74 yaş arasındakı 44 000 qadını tədqiqata cəlb etdilər. İştirakçıların çəkisi tədqiqatın başında qeyd edildi və 5-7 il müddətində nəzarətdə saxlanıldı. Tədqiqat iştirakçıların yaşadığı ölkə,yer, istifadə olunan ortalama spirt və kofein miqdarı və s. göstəricilər də əlavə edilərək aparıldı. 

Nəticədə işığa məruz qalan qadınların qidalanma rejiminin pozulduğu, və iştah hormonlarının artdığı müəyyən edildi. Bərabərində yuxu rejiminində pozulması çəki artımına gətirib çıxardı. 

Tədqiqat zamanı mobil cihazlardan və komputerlərdən qəbul edilən işığın zərərləri nəzərə alınmadı. Bu cihazlardan qəbul edilən mavi işığın zəif yuxu ritminə və gündüz yuxu ehtiyacının artması kimi pozuntulara gətirib çıxardığı ehtimal olunur.

Yadplanetlilər aramızdadı?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh