Gerçək seks səhnələrinin ön planda olduğu filmlər: (+18)

Filmlərdəki seks yaxud öpüşmə səhnələrinin böyük əksəriyyəti real olmasada bəzi filmlər var ki, filmə çəkildiyi janrın havasını qatmaq üçün real səhnələrə gərək duyulur.


Caligula

Film Roma imperatoru Caligula dövründəki vəhşilikləri bizə göstərir. Film seks səhnələri ilə dolu olan bir filmdir. Bu səhnələrə görə filmin bir çox veriyası çəkilmişdir. Filmin əsas maliyyə sponsoru Penthouse jurnalıdır.

Shortbus

2006 istehsalı bu Amerikan filmindəki seks səhnələrinin çoxu realdır. Bu səhnələrin çox olduğuna görə film uzun müddət tənqidlərə məruz qalmışdır.

The Brown Bunny

Vincent Gallonun həm rejisor olduğu həm də baş rolda yer aldığı bu film Cannes film festivalında nümayiş etdirildikdən sonra açıq səhnələrin çoxluğuna görə uzun müddət gündəmdə olmuşdur.

The Idiots

Film bir qrup ağlı başında insanın əqli qüsurlu rolunu oynayaraq cəmiyyətin ənənəvi dəyərlərini necə sarsmağını bizə göstərir. Toplu seks səhnələrinin bol olduğu film 95-ci ilin şərtlərinə görə olduqca iddialı filmdir.

Lie with Me

Tamara Faith Bergerin romanı əsasında çəkilən filmin başrolunda Lee Smith cəsur hərəkətləri olan bir qadının həyatını canlandırır.

Love

İlk dəfə Cannes film festivalında nümayiş olunan filmin baş rol oyunçuları Karl Glusman və Aomi Muyockın seks səhnələri realdır. Film fraqmentləri nümayiş olunan ilk gündən tənqidlərə məruz qaldı.

Nymphomaniac

Lars Von Trierin bu filminin dünyanın bir çox ölkəsində nümayiş olunması qadağan olunmuşdur.

9 Songs

Film ingilis bir tədqiqatçı ilə Amerikalı bir qadın arasındakı münasibətləri nümayiş etdirir. Filmin baş rolunda Kieran O’Brien və Margo Stilley yer alır.

Yetkinlik yaşına çatmayanların izləməməli olduğu filmlər

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh