Google Maps istifadəçiləri artıq bir-birinin harda olduğunu izləyə biləcək. Çoxdan gözlənilən funksiya


Google Maps həyatımızın artıq ayrılmaz bir parçasına çevrilib. Google bu proqram vasitəsilə gedəcəyimiz yerə necə gedəcəyimiz, hansı nəqliyyat vasitəsi ilə necə dəqiqəyə çata biləcəyimiz, olduğumuz yeri sosial mediada paylaşa biləcəyimiz kimi bir çox funksiyanı istifadəçilərə təqdim edir. 

Son yenilənmə ilə birlikdə artıq Google Xəritə (Maps)  istifadəçiləri bir-birinin harda olduğunu izləyə biləcək. Bu yenilənməyə ən çox sevinən isə yəqin ki, sevgililər olacaq. 

Mərkəzi ABŞ olan Google istifadəçilərinə günlük işlərini asanlaşdıracaq bir çox proqram təqdim edir. Məsələn Google Xəbərlər, Google Təqvim, Google Xəritələr və s. Google’un ən məşhur və ən çox istifadə olunan proqramlarından biri Google Xəritələrdir. Google Xəritələrə gələn son yenilənmələrlə artıq bu proqram bir sosial media vəziyyətinə gəlib. Bəs bu nə mənaya gəlir?

Son illər sosial medialarda ən çox istifadə olunan funksiyalardan biri də getdiyimiz yerdən məkan paylaşması edərək harda olduğumuzu yaxınlarımızla bölüşürdük. Artıq bu funksiya Google Xəritələrədə gəldi. Google Maps istifadəçiləri artıq bir-birlərinin harda olduğunu bu yenilənmə ilə izləyə biləcək.

Google Xəritələrin bu yeni funksiyası Instagram bənzəri olacaq. İstifadəçilər bir-birini izləyə biləcək, biografiyalarını yaza biləcək və s. Yəni bir sosial media istifadəçilərə hansı funksiyaları təqdim edirsə Google Xəritələrdə də eyni funksiyalar olacaq. 

Həmçinin bu yenilənmə ilə birlikdə istifadəçilər özlərinə yaxın məkanları da görə biləcəklər. Profillərinə əlavə edəcəkləri etiketlərə uygun məkanlar, yerlər sizə təqdim olunacaq. 

Həmçinin bu yenilənmə ilə birlikdə istifadəçilər instagram və digər sosial medialarda olduğu kimi profillərini gizlədə biləcəklər. Bunun nəticəsində istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyidə qorunmuş olur.

Yadplanetlilər aramızdadı?

Mənbə: webtekno.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh