Günvurma nədir və Simptomları nələrdir? İlkin tibbi yardım üçün nə etmək lazımdır?

Yayın gəlişi ilə insanların başına tez-tez gələn günvurma demək olar hər kəsin başına gəlmişdir. Bəs günvurma nədir? İlkin tibbi müdaxilə necə olmalıdır?


Yayın gəlişi ilə insanların başına tez-tez gələn günvurma demək olar hər kəsin başına gəlmişdir. Bildiyimiz kimi bədənimiz temperaturun artımının qarşısını almaq məqsədilə vaxtaşırı tərləyir. Lakin bəzən həddən çox bədənin isinməsi səbəbilə tərləmək də kömək etmir. Bəs günvurma nədir?

Günvurma nədir?

Məhz günvurma yuxarıda dediyimiz kimi həddən çox istiyə bədənin reaksiyasız qalması nəticəsində əmələ gəlir. Günvurmanın əsas simptonları bunlardır.

  • Şiddətli baş ağrısı;
  • Qusmaq;
  • Ürək bulanma;
  • Yüksək temperatur.

Kimlər risk daşıyır?

Xüsusilə xroniki xəstəliyi, yuxarı təzyiq, şəkər xəstəliyi, böyrək çatışmazlığı olanlar, xərçəng xəstələri, artıq çəkidən əziyyət çəkənlər çox diqqətli olmalıdırlar. Həmçinin 65 yaşı üzərindəki şəxslər, 5 yaş altındakı uşaqlar və hamilə qadınlar xüsusi ilə diqqət etməlidirlər.

Qorunma yolları

Bəs bundan qorumaq üçün nə etmək lazımdır. Əvvəla günəş şüalarının yerə daha çox təmas etdiyi günorta saatlarında bayıra çıxmamaq, kremlərdən və açıq rəngli, daha çox ağ geyimlərdən istifadə etmək lazımdır. Günvurmanın əsas müalicə üsulları isə bunlardır:

  • İtirilən mayenin bərpası üçün bədəni maye ilə təmin etmək;
  • Başa soyuq kompres qoymaq;
  • Bədən temperaturu çoxdursa ilıq duş almaq;
  • Günvuran insana yemək, qazlı içkilər verilməməlidir. Qusmaq və bu olarkən xəstənin boğulmaması üçün onu yan çevirmək lazımdır;
  • Həkim nəzarəti altında xəstəyə bədən temperaturunu azaldan dərman həbləri də verilə bilər.

Həmçinin bax: Artıq çəki təkcə yediyimiz qidalardan yaranır? – Xeyr.

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh