Hamilə qalmaq istəyənlər diqqət: Bunları bilmək vacibdir.


Hamilə qalmağın ilk yolu qadının öz bədənini yaxşı tanımasından və nəzarətdə saxlamasından ibarətdir. Qadın aybaşı periodunu yaxşı bilməli, nəzarətdə saxlamalı, hamiləliyin necə baş verdiyi barədə fizioloji məlumatlara sahib olmalıdır. Həddən çox siqarət, stres, kafein məhsulları doğunqanlığı aşağı salır. Bunlarla yanaşı qadının və kişinin yaşı da hamiləliyə təsir edən faktorlardandır. Əgər cütlük bir ildir qorunmasız cinsi münasibətə girirsə və hamiləlik baş tutmursa onda həkimlə məsləhətləşmək ən yaxşısıdır. Bu o demək deyildir ki, onlarda ciddi problemlər var. Lakin hansısa problemin olduğu aşikardır.

Hamilə qalmaq üçün nə etmək lazımdır

Əvvəla qadının hamilə qala bilməsi üçün 21-35 gündən, ən ideal 28 gündən bir aybaşı olması lazımdır. Aybaşı hər qadında fərqli periodlarla olduğundan hər qadın öz təqvimini bilməlidir. Qadın fiziologiyası biraz qarışıq olduğundan hər ay hamilə qalmaq üçün sadəcə 1 gün ən uyğun vaxt olur.

Beyində olan epifiz və hipofiz bezilərinin ifraz etdiyi hormonlar vasitəsilə yumurtalıq və yumurtalıqda olan folekullar oyanır. Yumurta folekullarından biri dominant folekul olaraq böyüyür və içində yumurta hüceyrəni saxlayır. Aybaşının 14-cü günündə (28 günlük periodda) folekul partlayır və yumurta hüceyrə fallop tüplərinə yola çıxır. Həmin ərəfədə hormonlar uşaqlıq divarının qalınlaşmasında kömək edir ki, mümkün döllənmə olsa döl bətnə tutuna bilsin.

Tüplərə doğru irəliləyən yumurta hüceyrə sadəcə 24 saat canlı qala bilir. Ona görə də spermlər bədənə ən az yumurtlamadan 24-36 saat əvvəl daxil olmalıdır. Belə olduqda hamilə qalma şansı yüksək olur.

Cütlüklərin 95%-i birlikdə olduqları ilk 2 ildə hamiləliyə çata bilirlər. Hamilə qalmaq üçün ən yaxşı cinsi münasibət üsuluna gəldikdə isə elmi olaraq bu təstiq edilməmişdir. Cütlüklərin sakit, stresdən uzaq cinsi həyatının olması hamiləlik üçün müsbətdir. Həmçinin öz bədənini yaxşı tanıyan cütlüklərdə də proses daha rahat olur. Diqqət edilməsi gerəkən faktor cinsi münasibətdən sonra həmin an ayağa durmamaqdır. 15-20 dəqiqə uzanmaq hamiləlik şansını artırır.

Hamilə qalmaq, uşaq sahibi olmaq hər cütlüyün xəyalı ola bilər. Əvvəla özünüzü psixoloji hazırlayın. Bu müddət uzun və yorucu periodlardan keçir. Ona görə də ruhdan düşmək olmaz. İlk öncə stresdən uzaqlaşın, gidaya fikir verin ki, bədəniniz hamiləliyə hazır olsun. Daha sonra isə xəyal etməkdən çəkinməyin. Amerika alimləri xəyal etməyin istər fizioloji, istər psixoloji cəhətdən daha effektiv olduğunu iddia edirlər.

Unutmayın, həyat davam edir. Mümkün qədər ondan zövq almağı bacaraq.

Hamiləlikdə doğru bilinən yanlışlar: Bəs siz nələrə inanırsınız?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

3 Şərh