Hamilə qalmamaq üçün nələr etməliyik? Ən effektiv 7 metod


hamilə qalmamaq

Hamilə qalmamaq üçün cütlüklərin istifadə edəcəyi ən yaxşı metodları sizlər üçün araşdırdıq.

Hamiləliyin ertələnməsini istəyən kişi və qadınların istifadə etdiyi  bir neçə metodu sizin üçün birləşdirdik. Əslində cəmiyyət arasında ən çox narahatlıq yaradan, cütlükləri təzyiq altında saxlayan bu mövzu barədə hər kəs məlumatlı olmalıdır.

Plansız hamilə qalmamaq ata və ana olacaq cütlüklər üçün həyəcan və sevinc gətirsə də plansız olduğu üçün təlaş və narahatlıq da gətirə bilər. İndi isə plansız hamilə qalmamaq qarşısının alınması üçün bir neçə metoda nəzər yetirək.

Təqvim üsulu

Hələ keçmiş dövrdən indiyədək istifadə olunan bu metodda əsas olaraq aybaşı tsiklinin izlənməsidir. Hər ay qadınlarda ovulyasiya dövründə cütlüklərin yaxın olması hamiləlik ehtimalını azaldır. Bunu bilərək cütlüklərin aybaşı tsiklinin orta günü baş tutan ovulyaasiya günündə birlikdə olmamaları məsləhətdir.

Tüplərin bağlanması

Bu metod daha çox cərrahi müdaxilə ilə bağlıdır. Hamiləlik istəməyən cütlüklər üçün daha etibarlı metod olsa da, ilk hamiləlik olmadan bu üsuldan istifadə məsləhət sayılmır.

Fitil metodu

Qadınların vagina nahiyəsinə qoyulan fitil kişi spermlərinin ölməsinə səbəb olur. Bu üsul yaxın təmasdan bir saat əvvəl tətbiq edilməlidir.

Dərman həbləri vasitəsilə

Hamiləlikdən qorunma həbləri adətən cinsi münasibətdən öncə qəbul edilsə də, bu həbləri münasibətdən sonrakı gün qəbul etmək hamiləlik ehtimalını azaldır.

Dəri altı implant

Yalnız professional həkimlər tərəfindən dəri altına yeridilən implant təxminən 4 sm-dir. Bu implant progestoron hormonlarına birbaşa təsir göstərir və hamiləlik ehtimalını minimuma endirir. Təxminən 3 il bu metodla hamilə qalmamaq mümkündür.

Doğum nəzarət həbləri

Aybaşı tsiklinin ilk günündən etibarən qəbul edilən bu həblər hamiləliyi nəzarətdə saxlayır. Aybaşı başlayandan etibarən 21 gün ard-arda qəbul edilir və 1 həftə ara verildikdən sonra yenidən qəbul edilməyə başlayır. Həbləri qəbul etməmək artıq hamiləlik ehtimalının yenidən artması deməkdir.

Spiral metodu

T şəklində olan, plastikdən düzəldilmiş bir alətdir. Bu alətin üstündə hamiləliyin qarşısını alan mis tellər var. Spiralın üstündəki mis tellər spermanın yumurtaya çatmasını maneə olur və hamiləliyin qarşısını alır. Spiral həmçinin rahim ağzında maye sıxlığını artırır və buda spermanın yumurtaya çatmasının qarşısını alır. 

Kimlər istifadə edə bilər? Normal aybaşı keçirən hər qadın spiral üçün həkimə müraciət edə bilər. Rahimdə hər hansı xəstəliyi olanların spiral taxması məsləhət deyil. Həkiminizlə məsləhətləşmək ən düzgün seçimdir.

Bütün bu metodlar sınanmış olsa da hər orqanizm unikal olduğuna görə qərar verməzdən əvvəl həkiminizlə məsləhətmək çox vacibdir. Öz-özünə edilən müayinə üsulları gələcəkdə gözlənilməz nəticələr verə bilər.

Koronavirus cinsi münasibət yolu ilə yoluxa bilər?

Mənbə: yasemin.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh