Hamiləlikdə cinsi münasibət necə olmalıdır?


Cinsi münasibət cütlüklər arasında müəyyən bir nizama malik olmalıdır. Lakin hamiləlik bu nizami pozur və cütlüklər cinsi münasibətə bir müddət ara verməli olur. Hər kəsin ağlına gələn “Hamiləlikdə cinsi münasibət necə olmalıdır?” sualına aydınlıq gətirək.

1. Hamilə olduğunu öyrənən hər bir ana namizədi təbii olaraq ilk andan etibarən övladını qoruma reaksiyası verməyə başlayır. Bunların ən başında cinsi münasibətin uşağa zərər verməsi fikridir. Lakin bu əsassız düşüncədir. Əgər düşük təhlükəsi yoxdursa, qanama görünmürsə, rahim ağzında genişlənmələr normadan artıq deyilsə cinsi münasibət ola bilər. Hər şeydən öncə əlbəttə həkim tövsiyəsinə əməl etmək lazımdır. Çünki hamiləlik hər qadında eyni cür özünü göstərmir.

2. Hamiləliyin ilkin dövründə hormonal dəyişiliklər, halsızlıq, ürəkbulanma, qusma kimi simptonlar qadınlarda istəksizlik yarada bilir. Nəinki cinsi münasibət, hətta qarşı cinsin qoxusu belə qadınlara pis təsir edə bilir. Belə olduqda cinsi münasibətdən bir müddət uzaq durmaq və qadına vaxt vermək ən yaxşısıdır. Ata namizədləri bu mövzuda daha anlayışlı olmalıdır.

3. Hamiləliyin son 4 həftəsində cinsi münasibət məsləhət görülmür. Doğuma çox yaxın olduğundan münasibət erkən doğuşa səbəb ola bilər və bu çox təhlükəlidir.

Təbii doğumdan sonra nə vaxt cinsi münasibətə girmək olar?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh