Hamiləlikdə doğru bilinən yanlışlar: Bəs siz nələrə inanırsınız?


Hamiləlikdə doğru bilinən yanlışlar

Əgər hamilə qadın şirin qidalar istəyirsə oğlan, turş qidalar istəyirsə qız uşağı dünyaya gətirəcək!- Yanlışdır.

Yediyiniz qidalar dünyaya gətirəcəyiniz körpənin cinsiyyətini müəyyən etmir. Bu sadəcə el arasında yayılan doğru kimi bilinənlərdən biridir.

Mədə bulantısı və ya mədə turşuması varsa körpənin saçları çıxır!- Yanlışdır.

Hamiləliliyin ilk 3 ayında mədə bulantısına səbəb orqanizm adaptasiya olunmasıdır. 5.aydan sonra isə körpənin böyüyərək mədəyə təzyiq etməsi bulantıya səbəb olur.

İki canlısan, gərək ikiqat yemək yeyəsən!- Yanlışdır.

Bu fikrə əməl etsəniz sadəcə artıq kilo sahibi olacaqsınız və bunun körpəyə və sizə heç bir müsbət təsiri yoxdur. Hamiləlik ərəfəsində çox yemək yox, vitaminli, nizamlı, və sağlıqla qidalar yemək lazımdır.

Qarnın dikinə böyüyür, körpən oğlan olacaq!- Yanlışdır.

Hər hamiləlik özünəməxsus olduğu kimi qarnın forması ilə körpənin cinsiyyətini müəyyənləşdirmək mümkün olmur.

Hamiləlik ərəfəsində ən çox kimə baxsan uşaq ona oxşayar!- Yanlışdır.

Uşağın kimə oxşaması uşağın ata və anadan alınan genlərdən asılıdır. Bu fikrə görə psixoloji narahatlıqlara əsas yoxdur.

Hamilə qalmaq istəyənlər diqqət: Bunları bilmək vacibdir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh