Hamiləlikdə düzgün qidalanma: Nələrə diqqət etmək lazımdır?

Hamiləlik dövründə qadınların ən çox diqqət etməsi gərəkən məsələlərdən biri şübhəsiz qidalanmadır. Qoxulara qarşı həssaslıq, ürək bulantısı, baş gicəllənməsi kimi xüsusiyyətlərlə özünü göstərən hamiləlik hər gün sizə fərqli təcrübələr yaşadacaq.


Hamiləlik dövründə qadınların ən çox diqqət etməsi gərəkən məsələlərdən biri şübhəsiz qidalanmadır. Qoxulara qarşı həssaslıq, ürək bulantısı, baş gicəllənməsi kimi xüsusiyyətlərlə özünü göstərən hamiləlik hər gün sizə fərqli təcrübələr yaşadacaq. Bu dövrdə düzgün qidalanmama qəbizlik və s. kimi problemləri bərabərində gətirə bilər. Bəs necə qidalanmalıyıq? nələrə diqqət etməliyik?

Çəki artımı

Hamiləlik dövründə ən çox maraq doğuran mövzu nə qədər çəki alacağınızdır. Əgər normal kilonuzda hamiləliyə başlamısınızsa 9-12 kq çəki artıqlığı normaldır. Yox əgər hamiləliyə normal çəkinizin üzərində olarkən başlamısınızsa tövsiyyə olunur ki, 7-8 kq çəki artıqlığı ilə tamamlayasınız. Hamiləliyin ilk dönəmində bəzən çəki almaya da bilərsiniz. Bəzi qadınlar çəki almağı problem kimi görürlər. Lakin bilmək lazımdır ki, uyğun çəkiyə qədər kilo almaq uşağın doğum çəkisinə də təsir edir. Normal doğum çəkisinə çatmaq üçün çəkisi normada olan qadın günlük qidalanmasına 300-500 kcal aralığında artırması kifayətdir. Uşaq bütün qidalanmasını ananın qida ehtiyyatlarından təmin eder. Ona görədə xüsusilə hamiləliyin son dönəmlərində qidalanmamıza xüsusi diqqət yetirməli, qan analizləri verərək D vitaminin səviyyəsini ölçməli, lazım gələrsə D vitamini qəbulunu artırmalıyıq.

Protein ehtiyacı

Protein sümüklərin inkişafı üçün olduqca vacibdir. Bədənin ehtiyyacı qədər protein qəbulu uşaq inkişafı, sağlıqlı və normal doğum üçün gərəkdir. Ananın kifayət qədər protein qəbul etməsi uşağın doğumdan sonrakı inkişafına da təsir edir. Hamiləlikdə qəbul edilən protein miqdarı 60-80 q arasında dəyişir. Təbii ki, bu proteinin keyfiyyətindən də asılıdır. Protein qəbulunu təmiz balıq və balıq məhsullarından əldə edə bilərik. Qırmızı ət, kənd toyuğu, yumurta və s. qidalarda protein cəhətdən olduqca zəngindir.

Qidalanmada təbii ağartı məhsullarına, fındıq, badam və s. protein ehtiyyatı çox olan qidalara yer vermək lazımdır. Balıq, toyuq və qırımızı ət qəbulunu həftədə bir neçə dəfəyə qədər artırmaq lazımdır. 

Bitki çayları

Bitki çayı qəbulu hamiləlik dövründə həkim nəzarəti altında olmalıdır. Buna xüsusi diqqət etməlisiniz. Həkim məsləhəti olmadan bitki çaylarının qəbulu uşaq üçün ciddi fəsadlara yola aça bilər.

Vitamin

  • Dəmir ehtiyacını hamiləlik dövründə təmin etmək vacibdir. Dəmir ehtiyacını yumurta, ət və quru meyvələrlə təmin etməlisiniz.
  • Kalsiyum uşağın sümük sisteminin formalaşması və sağlıqlı olması üçün əhəmiyyətlidir. Süd, qatıq və pendir kimi qidalarla bunu təmin edə bilərsiniz.
  • D vitamini ehtiyyacını təkcə qidalardan deyil günəş şüası qəbul edərəkdə təmin etməlisiniz. Lakin günəşə çıxmanında öz vaxtı var. Ana üçün ən yaxşı faydalanma vaxtı səhər 07:00-10:00 ilə günora 16:00-19:00 aralığıdır.
  • Omega 3 uşağın beyin, sinir sistemi və göz sağlığı ilə yanaşı hamilə qadının ürək sağlığı üçün də vacibdir. Omega 3 ehtiyyacını əldə etməyin ən yaxşı yolu balıqdır Həftədə 3 dəfə balıq istifadə etmək omega 3 təmin üçün faydalıdır. 

Düzgün qidalanmadan əlavə hər zaman pozitiv olmalı və stressdən uzaq olmalısınız.

Diqqət: Yuxarıda yazılanlar sadəcə həvəskar yazıdır və tövsiyyə xarakteri daşıyır. Həkiminizlə məsləhtləşin.

Həmçinin baxHamiləlikdə doğru bilinən yanlışlar

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh