Həkimə getmədən uşağın cinsiyyətini necə öyrənmək olar? Ənənəvi metodlar

Uşağın cinsiyyətini öyrənmək üçün nənələrimizdən gördüyümüz, eşitdiyimiz bir neçə absurd lakin əyləncəli üsul var. Nə qədər gülməli olsa da müasir cihazların olmadığı vaxtlarda nənələrimiz və onlardan öncəki nəsillər bu üsullarla uşaqların cinsiyyətini təxmin etməyə çalışırdılar.


Uşağın cinsiyyətini öyrənmək üçün nənələrimizdən gördüyümüz, eşitdiyimiz bir neçə absurd lakin əyləncəli üsul var. Nə qədər gülməli olsa da müasir cihazların olmadığı vaxtlarda nənələrimiz və onlardan öncəki nəsillər bu üsullarla uşaqların cinsiyyətini təxmin etməyə çalışırdılar.

Uşağın cinsiyyətini öyrənməyə kömək edən ənənəvi “nənə” metodları

Kələm testi

Kələmi qaynatdıqdan sonra suyunu ayırıb götürürük. Bu suyun içinə bir neçə damcı sidik damcısı tökürük. Əgər suyun rəngi çəhrayı olarsa qız, bənövşəyi olarsa oğlan olacaq mənasına gəlir.

Soyuq Ayaq Testi

Ayaqlarınız əgər hamiləlik dövründə soyuq olursa oğlan olacağı mənasına gəlir. Ayaqlarınız normaldan sərin və ya normaldan istidirsə bu qızınız olacaq deməkdir.

Məmə ucu testi

Məmə uclarınızın rəngi hamiləlik dövründə tündləşirsə oğlan, heç bir rəng dəyişikliyi yoxdursa qız olacaq deməkdir.

Sızanaq testi

Hamiləlik dövrü qadınların dərisinə müsbət və ya mənfi təsir edir. Əgər bu dövrdə dərinizdə çox sızanaq yaranırsa qız olacağına işarədir. Dəriniz təmiz olarsa isə bu oğlan olacağına işarədir.

Dadlı, duzlu testi

Duzlu yeməklərə ehtiyac hiss edirsinizsə oğlan, şirin şeylərə ehtiyac hiss edirsinizsə qız olacağı deməkdir.

Üz forması testi

Hamiləlik dövründə üz formanız yumruya doğru dəyişirsə qızınız olacaq deməkdir.

Sarmsaq metinler

Bir diş sarımsaq yeyin. Əgər dərinizdə sarımsağın iyi uzun müddət qalırsa qız, yox qalmırsa oğlan olmasına işarətdir.

Ürək döyüntüsü testi

Əgər ürək döyüntüsü 140-dan çoxdursa bu qız olacağı mənasına gəlir.

Yuxu testi

Ənənəyə görə hamiləlikdə yuxularınızın tərsini arzulamanız lazımdır. Ənənəyə görə əgər yuxuda qız görüb qız arzulayarsanız oğlan olacaq.

Səhərləri ürək bulantısı testi

İlk 3 aylıq dövrdə səhərlər ürəyiniz normaldan çox bulanırsa bu qız olacağı mənasına gəlir. Yox səhərlər rahat oyanırsınızsa bu oğlan olacaq deməkdir.

Qeyd: Yuxarıda sadaladıqlarımız sadəcə ənənəvi uşaq cinsiyyəti öyrənmə metodlarıdır və doğruluq payı yoxdur. Cinsiyyəti yalnız həkim qəbulunda USM cihazı vasitəsi ilə öyrənə bilərsiniz.

Hamilə qalmaq istəyənlər diqqət: Bunları bilmək vacibdir.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh