Bu ölkədə son 10 gündə ildırım vurması nəticəsində 147 nəfər ölüb: Maraqlı hadisə


Hindistanın Bihar şəhərində son 10 gündə ildırım vurması nəticəsində 147 nəfər ölüb. Ümumilikdə isə əhalisinin böyük əksəriyyətinin yoxsul təbəqə olduğu bu şəhərdə mart ayından bəri çoxunun kənd təsərrüfatında işləyənlər olduğu 215 nəfər ildırım vurması nəticəsində ölüb.

Bihar şəhəri fövqəladə hallar naziri son açıqlamasında keçən şənbə günü daha 25 nəfərin ildırım vurması nəticəsində öldüyünü açıqladı.

Hindistan meterolojiya departament növbəti 48 saat içində havanın daha da pisləşəcəyini və ildırım sayının daha da artacağını açıqladı.

Keçən illə müqayisədə Muson yağışlarının yeni başladığı bir zamanda ölüm sayı yüksəkdir. 2019-cu ilin eyni dönəmində musson yağışlarının aktiv olduğu iyun-sentyabr aylarında 170 nəfər ildırım vurması nəticəsində ölmüşdü.

Şəhərdə ildırm aktivliyinin xəbər verilməsi üçün bir mobil proqram hazırlanıb istifadəyə verilib. Lakin çoxu insanın mobil telefonunun olmaması səbəbindən onlar proqnozlardan xəbərdar olmurlar.

Hindistanın bir digər şəhəri Uttar Pradeshdə isə rəsmi açıqlamaya görə aprel ayından bəri 200 nəfər ildırm vurması nəticəsində ölüb.

Sirlərlə dolu müəmmalı Philadelphia eksperimenti: Gəmi hara yoxa çıxdı?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh