Instagramda story necə yükləmək olar? Instagram story yükləmə metodu

Ən məhşur sosial media platformalarından olan Instagramın ən sevilən xüsusiyyəti yəqin story paylaşmaqdır. Bu yazımızda Instagram story necə yüklənir ondan danışacağıq.


Instagram story yükləmə

Ən məhşur sosial media platformalarından olan Instagramın ən sevilən xüsusiyyəti yəqin story paylaşmaqdır. İstifadəçilərin çoxu story yükləmə funksiyasının olmamağına görə müxtəlif metodlardan istifadə edirlər. Bu yazımızda Android, İOS və proqramsız, internet üzərindən story necə yükləmək olar ondan yazacağıq.

1 milyarddan çox yükləməsi olan instagramda paylaşdığınız hekayələri arxiv bölməsindən tapa və yükləyə bilərsiniz. Lakin başqa istifadəçilərin paylaşdığı storyləri yükləmək üçün fərqli bir yola seçməliyik. İlk öncə onu bilməlisiniz ki, storysini yükləmək istədiyiniz hesab ya hamıya açıq olmalıdır ya da onu izləməlisiniz. 

Androiddə story yükləmə

Addım 1: Story Saver proqramını play storeden yaxud googldan apk şəklində yükləyirik.

Addım 2: Proqramı açıb instagram hesabım məlumatlarımızı daxil edirik.

Addım 3: Ana səhifədə izlədiyimiz şəxslərin storylərini görəcəyik.

Addım 4: İzləmədiyimiz bir şəxsin storysini yükləmək üçün onu axtarış bölümündən tapacağıq.

Addım 5: Yükləmək istədiyimiz hekayəni seçirik və save düyməsinə klikləyirik.

Addım 6: Story qalareyadakı Story Saver qovluğuna yüklənəcək.

İOS story yükləmə

Addım 1: App Storedən Story Reposter proqramını yükləyirik:

Addım 2: Proqramı açıb istifadəçini tapırıq.

Addım 3: Hekayəni seçib download düyməsini klikləyib ardından save düyməsini klikləyirik.

Addım 4: Hekayə uğurla yüklənəcək.

Proqramsız yükləmə:

Addım 1: Story Saver internet saytına Buradan daxil oluruq.

Addım 2: Hekayəsini yükləmək istədiyimiz istifadəçini tapırıq.

Addım 3: Hekayəni seçirik və video olaraq yüklə düyməsinə klikləyirik.

Addım 4: Video yeni səhifədə açılacaq.

Addım 5: Video üzərində mausun sağ düyməsin klikləyib “save” deyirik.

Onuda qeyd edək ki, başqasının şəxsi, özünə bağlı olan instagram hekayəsini icazəsiz yükləmək və istifadə etmək hüquqi məsuliyyətə səbəb olar. Başqalarının məluamtlarını şəxsin icazəsi olmadan yükləməyin, istifadə etməyin.

Mənbə: webtekno.com

Həmçinin bax: Youtube reklamlarından bezənlər diqqət: 1 nöqtə ilə reklamsız Youtube.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh