Qan donduran iddia: Online ticarət saytı olan Wayfair insan ticarəti ilə məşğul olur?

Sosial mediyada yayılan və oxuyan hamını təəccübləndirən bir iddiaya görə bir online ticarət saytı bahalı məhsullar üzərindən insan ticarəti ilə məşğul olur.


Sosial mediyada yayılan və oxuyan hamını təəccübləndirən bir iddiaya görə bir online ticarət saytı bahalı məhsullar üzərindən insan ticarəti ilə məşğul olur. 2002-ci il qurulan Wayfair şirkəti internet üzərindən mebel və ev əşyaları satışı ilə məşğuldur. 

Online ticarət saytı insan ticarəti ilə məşğul olur: İDDİA

Mövzunun gündəmə gəlməsi bir twitter istifadəçisinin paylaşımı ilə baş verdi. İstifadəçi paylaşımda Wayfair şirkətinin saytında Amerikada itkin düşmüş uşaqların adı ilə adlandırılan məhsulların satıldığını və bu məhsulların qiymətlərinin normal qiymətlərdən bir neçə dəfə çox olduğunu qeyd etmişdi. İddiaya görə qiymətlərin bu qədər baha olmasının səbəbi itkin düşən uşaqların satılması ilə bağlıdır. 

Wayfairdə itkin düşmüş uşaqların adı ilə adlandırılan məhsullara on min dollardan çox qiymət qoyulub

Nümunə kimi yuxarıdakı şəkildə iki qapılı bir şkafın satış qiyməti göstərilib. Başqa saytlarda 300 dollar kimi bir qiymətə satılan şkaf şəkildəndə göründüyü kimi Wayfairdə 10899 dollara satışa qoyulub. Anabel 5 adlandırılan şkafın Amerikada 13 maydan bəri itkin düşən Anabel Wilsonun adı ilə bağlı olduğu iddia olunur.

Eyni şkaf bu dəfə yuxarıdakı şəkildə də göründüyü kimi Ohioda itkin düşən 17 yaşındakı Samiyah Muminin adı ilə uyğun adlandırılıb. Bu şkaf isə 12899 dollar kimi fantastik bir qiymətə satılır.

Bununla kifayətlənmir

Wayfairdə satılan absurd və fantastik qiymətli mallar bununla kifayətlənmir. Yuxarıdakı şəkildəndə göründüyü kimi yenə itkin düşmüş bir uşağın adı ilə oxaşrlıq təşkil edən yastıq 9999 dollara satışa qoyulub. Tək bir yastığın bu qədər baha olması iddiaların əsassız olmadığı fikrini təsdiqləyir.

Wayfairin iddialarla bağlı açıqlaması

İddiaları ortalığa atılmasından sonra Wayfairdən məhsul bir şəxs açıqlama verərək bu məhsulların normal qiymətlərlə satıldığını lakin sistemdə baş verən xəta ucbatından bu qiymətlərin göründüyünü dedi. İşin qəribə tərəfi isə ondadır ki, qiymətlər düzəldikdən sonra saytda itkin düşmüş uşaqların adını axtardıqda həmən məhsullar yenə yüksək qiymətlə təklif olunur. 

Mənbə: webtekno

Həmçinin bax: Zoom proqramı istifadə edənlər diqqət: Məlumatlarınız təhlükəlidir

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh