Kişilər niyə xəyanət edir? 9 əsas səbəb


Kişilər niyə xəyanət edir? Kişilərin xəyanət etmə səbəbləri müxtəlifdir. Xəyanət etməsinə səbəb əksər vaxt siz və sizinlə olan münasibətləri olsa da bəzən də sizinlə yaxından uzaqdan əlaqəsi yoxdur. 

Demək olar ki, bütün kişilər xəyanət etmənin yanlış olduğunu bilirlər, buna baxmayaraq xəyanətə davam edirlər. Əslində kişinin aldatmasının bir çox səbəbi ola bilər.

Siz də partniyorunuzda bu səbəblərdən birini görürsünüzsə münasibətinizi nəzərdən keçirmənin vaxtıdır.

Kişilərin xəyanət etməsinin əsas səbəbləri:

Birdən çox seçimləri olduqları üçün

Belə bir deyim var ki, kişilərin nə qədər ki seçimləri yoxdursa onlar sadiq olacaqdır. Yox əgər kişinin seks ehtiyacını ödəyən başqa biri olacaqsa o vaxt bu təklifə yox deyə bilmir. Rəddetməsi çox çətindir.

Diqqətsiz qalmaları

Bəzən kişilər evləndikdən bir müddət sonra artıq qarşı cinsin diqqətini çəkmədiklərini düşünürlər, bu zaman hər hansı qadından bir az diqqət hiss etdikdə isə özlərini həmin qadına təslim etməyə hazır olurlar. 

Ayrı düşmüsünüz

Bəlkə də ikinizin bir-birinizlə ortaq nöqtəsi çox azdır. Bu müddətdə yeni bir qadınla tanışlıq zamanı fərqinə varır ki, onunla ortaq nöqtəsi çoxdur. O sənin sevdiyin şeyləri sevir. Yataqda olacaq uyğunluq isə hər iki tərəfi düşündürür. 

Ailədaxili münqaişələr

Kişilər bəzən dava-dalaşdan bezərlər və sakitlik axtararlar. Kim uzun müddət deyinən, davaya meyl edən biri ilə vaxt keçirmək istəyər ki? Heç kim. Yeni münasibətinizdə onsuzda hər zamankı kimi davaya səbəb olacaq. Ona görə də rahatlıqla aldadarlar.

Sevginiz bitib

Bəzən kişilər bir münasibət ərzində özlərini o qədər rahat hiss edərlər ki, sevgilərinin necə bitdiklərinin fərqində olmazlar. Ailəni qoruyub saxlayan isə uşaq və digər səbəblərdir. Sevginin bitməsi yeni sevgilərə yol açar.

Seks həyatınız normal deyil

Əgər bir kişinin cinsi həyatı istədiyi kimi deyilsə və ya istədiyi tezlikdə cinsi münasibətdə olmurlarsa bu ona yeni partniyorlar axtarmaq üçün zəmin yaradar. Seks həyatınızın daha canlı və istədiyiniz kimi olmasını istəyirsinizsə aldatmaq səbəb deyil. Bunu həyat yoldaşınızla da danışıb həll etmək olar. 

İntiqam

Bəzən də kişi, partniyorunun onu aldatdığını görər və bu da onda intiqam hissinin yaranmasına səbəb olar. Başqa cür necə intiqam almaq olar ki?

Yeni münasibətlət

Bəzən kişilər hər yeməkdə eyni yeməyi yeməkdən sıxılarlar. Ona görə də yeni dadlar axtararlar. Bu da aldatdığı qadının sizdən gözəl olduğu mənasına gəlməz.

Keçmişdə bağışlanması

Əgər partniyorunuz keçmişdə sizi bir dəfə aldadıb və siz onu bağışlamısınızsa bunun təkrarlanması yenə ola bilər. Çünki sizin onu yenə bağışlayacağına inanarlar.

Yenə də bu səbəblər kişinin aldatmasına səbəb olmamalıdır. Ailə problemlərinizi yaxud sevginizin olmadığını söhbət edərək ən doğru yoldan həll etməlisiniz.

Hamiləlikdə ürək bulantısı səbəbləri: Nə vaxt keçər?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh