Xarakterinizə uyğun gələn kişi bürcü hansıdır?


İnsanlar bəzən seçimlərini bürclərə əsasən edirlər. Hətta bəzi evliliklər, münasibətlər bürclərə baxılaraq qurulur. Nə qədər bürclərə inanmamağınız tövsiyyə edilsə də lakin bürcləri gündəlik işlərini planlayıb həyata keçirirlər.

Qoç:

Qoç kişisi özgüvənli, enerjili, liderlik ruhuna sahibdir. Şəxsi həyatında sahiblənən və dominantdır. Dikbaşlı və çılğın qadınları xoşlamazlar. Buğa, balık, əqrəb, qız bürclərinin qadınları qoç kişisini özünə cəlb edə bilər.

Buğa:

Buğa kişisi əyləncəli biridir, az-maz ağırbaşlıdır. Yemək yeməyi çox sevər və dostlar arasında sevilən insandır. İlk addımı qarşı tərəfdən gözləyər. Qoç, əkizlər, oxatan, tərəzi qadınları ona çəkici gəlir.

Xərçəng:

Xərçəng kişisi emosional, sakit təbiətlidir. Öz dəyərlərinə düşkün biridir və dostlar arasında ağır insan kimi görünür. Qarşısında güclü və ağıllı qadın arzu edir. Aslan, əkizlər, oxatan, dolça qadınları onlara cəlbedici gəlir.

Qız:

Qız kişisi çalışqan və realistdir. İşində çox detallıdır və təmizliyi sevir. Doğuşdan pul qazanmağa meyillidir. Zərif və dəqiq qadınlar onlara cəlbedici gəlir. Aslan, tərəzi, qoç və dolça qadınları onlarçün çəkicidir.

Aslan:

Aslan kişisi yaxşı sosial çevrəyə və dostları üzərində təsirə malikdir. Şirin, sevimli və xanım-xatın qadınları sevirlər. Balıq, qız, oğlaq, xərçəng qadınları onlar üçün idealdır.

Tərəzi:

Tərəzi kişisi ədalətli və emosionaldır. Bilməyi və öyrənməyi sevirlər. Dostlar arasında liderdirlər. Ağıllı qadınları sevirlər. Əqrəb, buğa, qız və balıq qadınları onlar üçün cəlbedicidir.

Oxatan:

Oxatan kişisi emosional və enerjilidir. Olduqca dürüst, biraz da uşaqtəbiətlidirlər. Dominant xarakterli qadınları sevirlər. Onlar üçün buğa, əqrəb, oğlaq və xərçəng qadınları çəkicidir.

Əqrəb:

Əqrəb kişisi emosional və qısqancdır. Passiv xarakterli qadınları sevmirlər. Sevdiyi insanı çox yaxşı tanımaq istəyər. Əkizlər, qoç, tərəzi, oxatan qadınları onlar üçün idealdır.

Oğlaq:

Oğlaq kişisi ciddi biridir. Çalışmaqdan zövq alırlar. Çox sadiq və əzmlidirlər. Gülməyi və güldürməyi sevirlər. Əkizlər, oxatan, aslan və dolça qadınları cəlbedicidir.

Dolça:

Dolça kişisi köməksevər və mərddir. Aşiq olmaq onun üçün çox dəyərlidir. Nə lider olmaq istəyər, nə də tabe olmaq. Xanım-xatun qadınları sevirlər. Balık, qız, xərçəng, oğlaq qadınlarını sevirlər.

Balıqlar:

Balıqlar kişisi emosional insanlardır. Bəziləri ağır təbiətli olduğu halda, bəziləri arsız insanlar ola bilir. Çox tez aşiq olurlar. Zərif qadınları sevirlər. Qoç, tərəzi, aslan, dolça qadınları idealdır.

Əkizlər:

Əkizlər kişisi əyləncəli və zarafatçıldırlar. Biraz uşaqtəbiətlidirlər. Sosial və dost çevrələri genişdir. Ağıllı və dominant qadınları sevirlər. Oğlaq, buğa, xərçəng, əqrəb qadınları çəkicidir.

Bürcünə görə nə qədər ehtiraslı olduğunu öyrən (+16)

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh