Gəlin Kişilərin Zövq nöqtələrini kəşf edək: Onları nə qədər tanıyırıq

Bu mövzulardan danışarkən həmişə zövq almaqdan və ya zövq almamaqdan danışırıq. Amma ən böyük problem cütlüklər arasındakı ünsiyyət problemidir.


Kişilərin zövq nöqtələrini nə qədər bilirik?

Bu mövzulardan danışarkən həmişə zövq almaqdan və ya zövq almamaqdan danışırıq. Amma ən böyük problem cütlüklər arasındakı ünsiyyət problemidir. Bu problem onunla izah olunur ki, cütlüklər bir-birlərinin zövq nöqtələrini bilmirlər. Mövzu da cinsi münasibət olduğu zaman “desəm mənim haqqımda nə düşünər” düşüncəsi cütlükləri hiss etdiklərini deməyə çəkindirir. Buna görə də həm özümüzün zövq nöqtələrini demək, həm də partniyorumuzun zövq nöqtələrini öyrənmək vacibdir. Bu yazımızda kişilərin münasibət zamanı zövq aldığı nöqtələri birlikdə öyrənək.

Frenulum bölgəsi

Frenulum bölgəsi kişidə cinsi orqanın altında yerləşir. Bu yer eyni qadında olan G nöqtəsinin bənzəridir və kişidə olan bu nöqtələrdən sadəcə biridir. Bu nöqtəyə ediləcək təmaslar kişinin hisslərinin qabarması üçn kifayətdir.

Perineum nöqtəsi

Perineum nöqtəsi anus dəliyi ilə cinsi orqan arasında yerləşən bölgədir. Bu nöqtəyə edilən toxunuşlar ereksiya olmağ sürətləndirməklə bərabər erkən boşalmağında qarşısın alır.

Boyun

Arxadan qucaqlanıb boyuna yapıştırılan dodaqlar kişinin ağlını almaq üçün kifayətdir. Bu kişilərdə güclü afrodizyak yaradır. Ön sevişmə zamanı elinizi incə toxunuşlarla kişinin boyun hissəsində gəzdirməyi unutmayın.

Məmə ucları

Qadınlarda olduğu kimi kişilərdə də məmə ucları ən həssas bölgələrdəndir. Ön sevişmə zamanı bu bölgənin öpülməsi yaxud xəfif dişlənməsi kişinin hisslərini qabartmaq üçün kifayətdir.

Qulaq məməsi

Qadınlar dodaqdan öpməyin kişilərə daha çox zövq verdiyini düşündüklərindən başqa yerlərə diqqət etmirlər. Amma bilməlidirlər ki, kişilər ən az dodaq qədər qulaq məməsindən öpülməyi sevirlər. Nəfəsinizin öpüş əsnasında boyunda hiss edilməsi kişiləri çox həyəcanlandırır.

Qasıq bölgəsi

Əslində bu bölgə qarın hissə ilə qasıqlar arasındakı bölgə olaraq da göstərilə bilər. Ən çox zövq alınan nöqtələrdən biridir. Necə edəcəyiniz sizə qalıb.

Hamilə qalmaq istəyənlər diqqət: Bunları bilmək vacibdir.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh