Kokos yağı dəriyə qulluq üçün üstünlük verdiyimiz yağlardan biridir. Çünki faydaları saymaqla qurtarmır. Lakin kokos yağı alarkən orjinal olduğuna diqqət etmək lazımdır. Bazar tipli yerlərdə faydalı və orjinal olmayan bu tipli yağlar olduqca çoxdur. Bu yağlar nəinki dəriyyə qullu üçün yararlıdır, əksinə dərimizə ziyan vura bilər. Bəs kokos yağının saça faydaları nələrdir? Saça qulluq üçün onu necə istifadə etməliyik?
Saçlarımızı nəmləndirir
Xüsusilə quru saçlardan əziyyət çəkənlər üçün idealdır. Quru saçlara müntəzəm olaraq tətbiq edildiyində saçları nəmləndirir və canlı görünməsinə səbəb olur.
Saçların elektirklənməsinin qarşısını alır
Saçlarımıza müntəzəm olaraq müxtəlif kremlər vursaq, mütəmadi yusaq da saçlarımız elektriklənərək öz formasını itirir və sağlıqsız görünüm yaradır. Kokos yağı ilə saçların elektriklənməsindən və formasının dağılmasının qarşısını alır.
Kəpək problemi
Saçlarımız əksər hallarda şampunun pis olmasından, istifadə etdiyimi sudan yaxud stresdən tez-tez kəpəklənir. Kokos yağını yuxarıda da qeyd etdiyimiz kimi müntəzəm olaraq istifadə etsəniz kəpəklərdən qurtula bilərsiniz.
Saç maskasını necə hazırlamalıyıq?
Bunun üçün qatı olan kokos yağını əritməliyik. Bunun üçün 1 stəkan isti suya 2 çay qaşığı yağ tükürük. Yağ əriyib maye halını aldıqdan sonra onu əlimizlə saç diblərinə dəyəcək şəkildə yaxırıq. Daraqla saçlarımızı darayıb bütün saçımıza yaya bilərik. 30 dəqiqə gözlətdikdən sonra şampun və ilıq su ilə yuyuruq. Saça zərərli olmadığından 1 gecə gözlədib sonra da yuya bilərsiniz. Dəri xəstəliyi olanların həkim tövsiyyəsi alması məsləhətdir.
Həmçinin bax: Evdə bitki tərkibli və olduqca faydalı şampun necə hazırlamaq olar?
Şərh