Komediya janrında film axtaranlar buraya: Ən yaxşı 10 komediya filmi


Komediya janrında film axtaranlar üçün hazırladığımız bu siyahıda IMDB reytinqinə və filmə gələn şərhlərə görə ən yaxşı hesab edilən filmlər yer verilmişdir. 

Filmlər haqqında məlumatlar sinemalar.com saytından götürülmüşdür.

Shaun of the Dead (2004) – IMDB 8.0

komediya, Shaun of the Dead

Shaunun həyatı artıq tıxanma nöqtəsinə çatıb. Bütün həyatını dostu Edlə birlikdə Winchester adlı barda anası və sevgilisinin yaratdığı problemləri həll etməklə keçirir. Linin Shaundan ayrılmasından sonra Shaun artıq həyatını qaydaya salmağa çalışacaq. Sevgilisinin inamını yenidən qazanıb, anası ilə olan problemlərini həll etməyə çalışacaq. Ancaq bu vaxt heç olmayacaq bir hadisə baş verəcək. Zombilər diriləcək və insanları yeməyə başlayacaq. Zombi hücumlarından qorunmaq üçün Shaun ailəsini və sevdiklərini qurtarmaq üçün Edlə ilə gedəcək sakit bir yer taparlar: Winchester.

Kung Fu Hustle (2004) – IMDB 7.8

komediya, Kung Fu Hustle

1930-cu ildə Çində vəziyyət fərqlidir. Balta bandası bütün varlılar yaşayan məhələləri öz nəzarəti altına alıb. Kasıbların yaşadığı məhələlərə isə toxunmurlar. Sing Baltaya qatılmaq istəyən, lakin təcrübəsi olmayan biridir. Sing bir gün dostu ilə özünü Balta bandasının üzvü kimi təqdim edib kasıblar yaşayan bir məhəllədən xərac almaq üçün gedərlər. Lakin Balta bandası onlardan bir müddət sonra özü məhləyə gələcək.

The Hangover (2009) – IMDB 7.7

komediya, komediya, Kung Fu Hustle

Film Las Vegasa, evlənmədən bir gün əvvəl subaylıqlarının son gününü qeyd etmək üçün gedən 4 dostun həkayəsindən bəhs edir. Gecə sərxoş olub oyandıqdan sonra otaqlarında bir pələng, toyuqlar və ağlayan bir uşaq ilə qarşılaşırlar. Həmçinin bəy orda yoxdur. Gecəyə dair heçnə xatırlamayan dostlar ipuclarını izləyib hadisələrin necə baş verdiyini tapmağa çalışacaq.

Zombieland (2009) – IMDb: 7.7

komediya, zombieland

Film zombi hücumuna məruz qalan bir qrup insanın komediya və qorxu qarışımı olan həyatlarını bizə göstərir. Filmin baş rollarında Woody Harrelson, Jesse Eisenberg, Emma Stone, Abigail Breslin, Amber Heard və Mila Kunis yer alır. Bill Murray isə bir zombini canlandırır.

Just My Lucky (2011) – IMDB 7.7

komediya, just my lucky

27 yaşında xərçəng xəstəliyinə yaxalanan və sağalmaq üçün əlindən gələn hər şeyi edən bir adamın həyatından bəhs edən drama-komediya janrında olan bir film.

Kick-Ass (2010) – IMDB 7.6

komediya, kick ass

Film,cizgi romanda super qəhrəmanlara marağı yaranan Dave Lizewski adlı bir gəncin super qəhrəman olmağa qərar verməsindən bəhs edir. Yaşıl kostyumu ilə pis adamları qovalayan Kick-Ass, bu macərasında olduqca qəribə xarakterlərlə qarşılaşır. 

Superbad (2007) – IMDB 7.6

komediya, superbad

Bir-birinə çox bağlı iki dost. Fərqli universitetlərə qəbul olan bu iki dost ayrı-ayrı həyatla üzləşmək məcburiyyətindədilər. Evan çox qorxaq biri ikən, Seth qarşı cinsi çox maraq salan bir xarakterə sahibdir. Film bəyəndikləri qızlara yaxınlaşmaq üçün gənclərin etdikləri səhvlərlə dolu cəhdlərindən bəhs edir. 

Scott Pilgrim Vs. The World (2010) – IMDB 7.5

komediya, Scott Pilgrim Vs. The World

Film Michael Cera adlı gəncin, xəyallarının qadını olduğu düşündüyü Mary Elizabeth Winsteadı qazanmaq üçün, onun 7 köhnə sevgilisi ilə üzləşmə hekayəsini bizə göstərir. 

Juno (2007) – IMDb: 7.5

komediya, juno

Yaşıdları Facebookda gəzərkən, alışveriş mərkəzlərində vaxt keçirərkən Minnesotalı, ağıllı bir qız olan Juno həyatını öz təyin etdiyi qaydalara görə yaşayar. Və sıxıcı günlərin birində sevgilisi Paulie Bleeker ilə sevişməyə qərar verər. Cinsi münasibət sonrası hamilə qalan Juno, dostu Leah ilə birlikdə doğacaq uşağı övladlığa götürəcək ailə axtarmağa başlayar. 

Borat (2006) – IMDb: 7.3

komediya, borat

Borat ana vətəni Qazaxıstanı qoyub Amerikada, Amerika xalqının həyatına dair bir sənədli film çəkməyə qərar verər. Bu qərarı onun həyatını və fikirlərini dəyişdirəcəkdir.

Dark izləyərkən gözünüzdən qaçan sirli detallar: Yaşanacaqlar ilk sezondakı ipuclarında gizli imiş

Mənbə: onedio.com

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh