Komediya janrında kino axtaranların mütləq izləməsi gərəkən türk filmləri

Komediya janrında film axtaranlar üçün bu filmləri tövsiyyə edə bilərik. Bir-birindən maraqlı 5 ən yaxşı tük filmi.


Ailə arasında

Filmin hekayəsi eyni gündə uzun müddətdir davam edən evliliklərini bitirən Fikrət və Solmaz təsadüf nəticəsində qarşılaşması ilə başlayır. Solmazın qızı varlı bir kababçının oğlu ilə evlənmək niyyətindədir. İlk başda ailə arasında kiçik bir toy keçirilməsi nəzərdə tutulsada heç də hər şey istədikləri kimi olmur. Film irəlilədkicə Fikrət özünü qarışıq bir vəziyyətin ortasında tapacaq. 

Aykut Enişte

Filmdə evlilik hazırlıqları görən Ayktun toyuna çox az bir müddət qalmış mağazası soyulur. Zərərin hesablanması üçün sığorta şirkətindən qadının gəlməsi ilə birlikdə macəra başlayır. Sığorta pulunu almaq üçün sığortaçının dediklərini etmək məcburiyyətində qalan Ayktun həyatı artıq əvvəlki kimi olmayacaq.

Hokkabaz

İskəndər bir hoqqabazdır. İskəndər və uşaqlıq dostu Maradona İstanbulda yaşadıqları hadisələrdən sonra  Türkiyə turuna çıxmaq qərarı alırlar. Lakin İskəndərin atası Saitin də onlarla getməkdə israrcı olması başlarına çoxlu hadisələrin gəlməsinə səbəb olacaq. 

Yol arkadaşım

 

 

Filmin baş rol xarakteri olan Onur bir dərman şirktətinin marketinq bölümündə işləyir. Qurban Bayramının yaxınlaşması ilə işlə bağlı üzərinə düşən bir vəzifəni icra etməlidir. Həmçinin nişanlısının ailəsi ilə tanışmaq üçün təşkil olunan ailə yeməyinə özünü çatdırmalıdır. Yolda özünə yol yoldaşı Şerefi götürən Onurun  bundan sonra başına gələnlər sadəcə filmlərdə olar.

Çalgı Çengi

Salih və Gürkan toylarda çalgı çalan, mahnı oxuyan iki qohumdur. Yenə bir toy hazırlığı məşqi etdikləri bir vaxtda istəmədən bir cinayətə şahid olurlar. Və hadisələrdən bundan sonra başlayır.

Organize İşler

İstanbulda maşın oğurluğu ilə məşğul olan bir qrupun başcısı bir qovalamacada intihar etməkdə olan bir adamın evinə girir. Həyatını qurtardığı adama iş vermək və onu oğurluğa təşviq etmək istəyir. 

Düğün Dernek

Murat Cemcir ile Ahmet Kural’ın baş rolunda yer aldığı bu komediya filmində hekayələr Sivasda baş verir. Film İsmail adlı birinin, pulu olmadığı halda oğlunu evləndirməyə çalışma hekayəsindən bəhs edir. İsmailin dostları bu toyu yola vermək üçün birlikdə işə başlayarlar. 10 gün içində pulu yığacaqlarını və toyu keçirəcəklərini düşünürlər. Lakin işlər istədikləri kimi getməyəcək.

Kosmos janrında film sevənlər diqqət: Xəyal gücümüzün sərhədlərindən kənara çıxan filmlər


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh