Yeni araşdırmalara görə Koronavirus 7 il əvvəl Çində bir mədəndə yaranıb.


İngilis xəbər mediası The Sunday Timesın xəbərinə görə Çinli alimlər koronavirusun 7 il əvvəl Çində yerləşən bir mədəndə yarana biləcəyini kəşf etdi. 2012-ci ildə bu mədəndə işləyən 3 işcinin ölümünə səbəb olan virusun zamanla pandemiyaya çevrilmiş olacağı güman edilir.

Dünyada indiyə qədər 500 mindən çox insanın ölümünə səbəb olan virusun 2019-cu ilin sonlarında Çinin Wuhan şəhərində yerləşən bir balıq bazarında yarandığı ehtimal edilirdi.

Virusun indiyə qədər ortaya çıxmasına dair fərqli şaiyələr səsləndirilsədə hələki dəqiq informasiya mövcud deyil.

Yeni növ Koronavirusa genetik olaraq çox yaxın olan RaBtCoV / 4991 adlı virusu 2013-cü ildə Çinli alimlər bir mis mədənində aşkar etmişdi. Virus 6 işçinin sətəlcəm olmasına, 2 işçinin ölməsinə səbəb olmuşdu.

Araşdırmada mədəndə yarasa nəcislərini təmizləmək üçün göndərilən işçilərin hamısının xəstəxanalıq olduğu müəyyən edildi.

İşçilərdə yeni növ koronavirusda olan simptomlar, nəfəs çatışmazlığı, qızdırma, əzələ ağrıları müşahidə edilmişdi.

Mövzu haqqında qəzetə danışan heyvan xəstəlikləri həkimi Peter Daszak “virus Wuhandakı balıq bazarında yaranmayıb. O mədən ətrafında 7 ildi mövcud idi. Lakin sonradan mutasiyaya məruz qalaraq qlobal səviyyəli pandemiyaya çevrildi” açıqlamasını verdi.

Bu ölkədə son 10 gündə ildırım vurması nəticəsində 147 nəfər ölüb: Maraqlı hadisə


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh