Oxford universitetin bir professorunun dediklərinə görə Koronavirus Çində müşahidə edildiyindən daha əvvəl müşahidə edilmiş ola bilər. SARS-Cov-2 yə yol açan virusun araşdırılması üçün dəvət alan Tom Jeferson bu virusun, Çin ilk dəfə Covid-19-un mövcudluğunu elan etdiyi tarixdən daha əvvəl mövcud ola biləcəyini söylədi.
Bir professorun dediklərinə görə bu virus ilk dəfə çində yaranmayıb yaxud ilk dəfə 2019-cu ilin sonunda müşahidə edilməyib. Bu virus həmişə var idi, lakin ortalığıa çıxmaq üçün düzgün zamanı gözləyirdi.
Koronavirus Çində müşahidə edilmədən öncə başqa ölkələrdə görülüb
Covid-19 ilk dəfə İspanya və Brazilyada kanalizasiya sularından götürülən nümunələrdə aşkar olunmuşdu. Hələ yayınlanmamış məqaləyə görə 2019-cu ildə Barselonada kanalizasiyadan götürlən nümunələrdə SARS-C0v-2 virusunun genomlarına rast gəlindiyi iddia olunur.
Jefferson müsahibəsində virusun qida və ət istehsalı və paketlənməsi fabriklərində daha tez yayıldığını və bunun səbəbinin araşdırılması üçün lazımi orqanları tədqiqatlar aparmağa çağırırdı. O bu tədqiqatların nəticəsi əsasında virusun yeni yayılma nöqtələrinin əvvəlcədən müəyyən ediləcəyini və qarşısının alına biləcəyini deyir.
Araşdırmacının sözlərinə görə virus heç yandan gəlmir o sadəcə biz yaşadığımız mühitdə var və ortaya çıxmaq üçün əlverişli şəraitin yaranmasını gözləyirdi və o şərait yarandı. Onun sözlərinə görə virusun geniş yayıldığı qida və ət fabriki tullantılarının atıldığı suların orta temperaturu 4 dərəcədir. Kanalizasiya sularınında orta temperaturunun 4 dərəcə olması virusun inkişafı üçün bu temperaturun əlverişli olduğunu göstərir.
Yeni araşdırmalara görə Koronavirus 7 il əvvəl Çində bir mədəndə yaranıb
0 Şərh