Araşdırmaya görə Koronavirusdan sağalanlar 3 ay sonra yenidən virusa yoluxa bilər

İngiltərədə aparılan yeni bir araşdırmaya görə bədənimizin koronavirusa qarşı immun sistemini gücləndirməsi bir müddət dayanır. Buda koronavirusa yenidən yoluxmaq riskini artırır. 


İngiltərədə aparılan yeni bir araşdırmaya görə bədənimizin koronavirusa qarşı immun sistemini gücləndirməsi bir müddət sonra dayanır. Buda koronavirusa yenidən yoluxmaq riskini artırır. 

Sağaldıqdan sonra immun sisteminin inkişafı tamamilə dayana bilər

London universitetinə bağlı Kings Collegede aparılan araşdırmada koronavirusa yoluxub sağalmış insanlarda immun sisteminin gücləndiyi müəyyən edilib. Lakin bu immun davamlı deyil və zaman keçdikcə gücünü itirir. Buda virusa yoluxmuş insanların yenidən virusa yoluxma riskini artırır.

Londondakı Guy’s and St Thomas xəstəxanasında 90 nəfər üzərində aparılan araşdırmaya görə virusa yoluxduqdan sonra 3 həftə müddətində immun sistemi ən yuxarıya səviyyəyə qədər yüksəlir, 3 həftənin tamamında isə yenidən zəifləməyə başlayır. 

Qan testlərinin nəticələrinə görə testə qatılan xəstələrin 60%-nin immun sisteminin gücləndiyi, 3 ayın sonunda isə yalnız 17 %-də immun səviyyəsinin yüksək olduğu digərlərində isə zəiflədiyi görüldü. Bəzi xəstələrdə immun sisteminin inkişafı isə ümummiyyətlə dayanmışdı. 

Həmçinin bax: Alimlər xərçəng hüceyrələrinin inkişafını azaldan qidaları açıqladı


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh