ABŞ-da Koronavirusun ardından Vəba xəstəliyinə yoluxma qeydə alınıb

Koronavirusun geniş yayıldığı ölkələrdən olan ABŞ-ın Kolorado ştatında Vəba xəstəliyinə yoluxma baş verdi. Bu, 2015-ci ildən sonra ABŞ-da Vəbaya ilk yoluxma faktı idi. Bəs vəbanın müalicəsi var?


Koronavirusun geniş yayıldığı ölkələrdən olan ABŞ-ın Kolorado ştatında Vəba xəstəliyinə yoluxma baş verdi. Bu, 2015-ci ildən sonra ABŞ-da Vəbaya ilk yoluxma faktı idi. 

Dünyada 14 milyon insana yoluxan, 600 000-dən çox insanın ölümünə səbəb olan koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri də ABŞ-dır. John Hopkins Universitetinin verdiyi məlumata görə ölkədə 3.6 milyon insan bu virusa yoluxub, 139 000 insan isə ölüb.

Həmçinin koronavirusun intensivliyinə görə də ABŞ fərqlənir. Təkcə 17 iyul tarixində 77 000-dən çox yoluxma qeydə alınıb. Koronavirusla mübarizənin getdiyi bir vaxtda ABŞ-ın Kolorado ştatında 1 nəfərdə Vəba virisuna yoluxma faktı qeydə alınıb. 

Bir nəfərdə Vəbaya yoluxma qeydə alınıb

The Denver Postun verdiyi xəbərə görə bu ABŞ-da 2015-ci ildən sonra qeydə alınan ilk yoluxmadır. Virusun adama vəhşi bir sincabdan keçdiyi ehtimal olunur. Kolorado Public Health and Environment Departamentindən baytar  Dr. Jennifer House:

Vəba yoluxmaları ən çox yay aylarında görünür. Xəstəlik il boyunca əsas daşıyıcıları olan sürünənlərdə görünür, lakin bəzən digər vəhşi heyvanlardan başqa evdə saxlanılan pişik və itlərədə keçə bilər.

Vəbaya yoluxmuş şəxs xəstəliyə qarşı təsiri sübuy olunmuş antibiotiklər verilərək sağaldıldı. Son 20 il ərzində Koloradoda bir çox insanla yanaşı həm əhilləşmiş həm də vəhşi bir çox heyvanda bu xəstəliyə rast gəlinib. Xəstəliyin bölgədəki əsas daşıyıcıları gəmirici heyvanlardır. 

Vəba xəstəliyi tarixin müxtəlif dövrlərində müşahidə edilib. Bu xəstəlik orta əsrlərdə Avropa əhalisinin 30 faizinin ölümünə səbəb olub. Yoluxucu xəstəlik olan vəbanın müasir dövrdə antibiotiklərlə müalicəsi var.

Milyonlarla insanın ölümünə səbəb olmuş viruslar: Siyahıda Koronavirus (Covid-19) yoxdur

Mənbə: webtekno.com

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh