Koronavirusun nadir görünən bir simptomu ortaya çıxdı


John Hopkins Universiteti Tibb Fakultəsinin tədqiqatçıları, koronavirusun qulaq və qulaq arxasında yerləşən mastoid sümüyünə də təsir edə biləcəyini müəyyən etdilər. Detalları JAMA jurnalında dərc olunan tədqiqatda yaşları 60 ilə 80 arasında olan 3 xəstənin üzərində bu tədqiqatın aparıldığı qeyd olunub.

Bütün dünyayı öz əlinə alan koronavirus quru öskürək, halsızlıq, yüksək qızdırma, baş ağrısı, bel ağrısı, qoxu və dad almama və nəfəs darlığı kimi simptomlar ilə özünü göstərir. Mütəxəssislərə görə xəstəliyin 3 əsas simptomu var: quru öskürək, yüksək qızdırma və qoxu, dad bilməmə.

Lakin John Hopkins universiteti alimləri virusun təkcə burun və boğaz deyil, həm də qulaq arxasında yerləşən mastoid sümüyünədə təsir etdiyi aşkar olunub.

Koronavirusun kar olmaq daxil, bir çox qulaq probleminə səbəb olduğu ortaya çıxdı

Mütəxəssislər biri 60 yaşında kişi, biri 60 yaşında qadın və biri 80 yaşında kişi olmaqla koronavirusdan ölən 3 xəstə üstündə araşdırma apardılar. Araşdırma nəticəsində xəstələrin orta qulaq və mastoid sümüyündə virus olduğu müəyyn edildi. 

Əvvəlki araşdırmalarda koronavirusun çeşidli qulaq problemlərinə səbəb olduğu bilinsə də, bu araşdırma ilə koronavirusun eşitmə problemlərinə gətirib çıxardığı müəyyən olundu. 

Həkim Katilyn Frazierin rəhbərlik etdiyi araşdırma qrupu, nəticələri Jama jurnalında dərc olunan məqalə üçün “Bu araşdırma, Sars Cov-2 virusunun ortaq qulaqda və mastoiddəki varlığı doğrulandı” fikirlərini söylədi.

Həkimlər qulaqda eşitmə problemidə daxil olmaqla simptomları özündə müşahidə edən şəxslərin gec olmadan həkimə müraciət etməsini məsləhət görürlər. 

Dünyadakı ən qəribə seks adətləri və qadağaları (+18)

Mənbə: webtekno.com

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh