Kosmos janrında film sevənlər diqqət: Xəyal gücümüzün sərhədlərindən kənara çıxan filmlər

Kosmos janrında çəkilən filmlər xəyal gücünüzü genişlətməklə yanaşı möhtəşəm səhnələri ilə hər zaman izləyənləri heyran edir.


Kosmos janrında çəkilən filmlər xəyal gücünüzü genişlətməklə yanaşı möhtəşəm səhnələri ilə hər zaman izləyənləri heyran edir. Qeyd edəcəyimiz filmlər bu janrda çəkilən ən yaxşılardandır. İzləməyiniz tövsiyyə olunur.

Gravity (2013)

Bi Dr Ryan Stone  Matt Kowalskyin başçılığı altında ilk uzay səyahətinə çıxar, bu həmçinin Matt Kowalskyinin son tapşırığıdır. Rutin bir tapşırıq zamanı fəlakət baş verər. Kosmik gəmi bir cisimlə toqquşma nəticəsində parçalanar. İki alim kosmik boşluqda yalnız və heçnəsiz qalarlar. Nə etməlidirlər? İzləyin.

Moon (2009)

Sam Bell aydakı 3 illik missiyasını tamamlayan bir kosmonavtdır. Uzun müddətdir görüşmədiyi ailəsini görmək üçün artıq çox az qalıb. Lakin baş verən bir qəza Samın həyatını dəyişəcək. Sam heç nəyi və harda olduğunu xatırlamır.

Sunshine (2007)

Filmdə hadisələr 2057-ci ildə baş verir. Günəş sönmək üzrədir. Yerdəki həyatı xilas etmək üçün 8 nəfərlik kosmonavt qrupu bir tapşırıq üçün günəşə göndərilirlər. Bu yer kürəsi üçün son ümiddir. Tapşırıq bir nüvə başlığını günəşə göndərərək günəşdəki aktivliyi yenidən canlandırmaqdan ibarətdir. Bəs bu tapşırığı yerinə yetirə biləcəklər?

Gattaca (1997)

Kosmosa getməyi çox istəyən Vincent Freeman sağlıq problemlərinə görə bunu gerçəkləştirə bilmir. O, bu istəyindən dönməz və texnologiyanında inkişafı ilə sağlıqlı bir insanın genlərini alaraq bir macəraya doğru yola düşər.

Contact (1997)

Uşaqlığından bəri dünyadan kənardakı həyatlara inanan Dr. Eleanor Arroway atasının da dəstəyi ilə bu marağını peşəyə çevirir. Dr. Eleanor Arroway SETI adlı kənar varlıqları araşdıran bir proqramda radio siqnallarını dinləyir. Dinləmələrin birində Dr. Eleanor yadplanetlilərdən ilk siqnalınını alacaq. Hekayə bundan sonra başlayır.

Total Recall (1990)

Baş rollarında Arnold Schwarzenegger ve Sharon Stonenin yer aldığı filmdə hadisələr 2084-cü ildə baş verir. Marsda qurulmuş koloniyanı ziyarət etmək üçün Douglas Quaid özəl bir şirkətə müraciət edər və macəra başlayar.

Apollo 13 (1995)

Jim Lovell, Fred Haise ve Jack Swigert adlı 3 kosmonavt aya getmək üçün hazırlaşırlar. Hər şeyin yolunda getdiyi bir vaxtda oksigen balonlarından biri partlayar və həyatda qalma mübarizəsi başlayar. Artıq aya getmək bir yana qalsın dünyaya qayıtmaq bele möcüzə kimi görsənir.

2001: A Space Odyssey (1968)

88 dəqiqəsi heç bir dialoqun olmadığı bu Stanley Kubrick filmi müasir elmi-fantastik janrın atası hesab olunur.

Interstellar (2014)

Dünya yaşanılmaz bir hala dönüb.  Dünyadakı həyatı xilas etmək üçün Professor Brand bir neçə nəfərlə soxulcan dəliyindən keçərək bir səyahətə çıxacaq.

Beyin yandıran filmlər: İzləyərkən beyninizin yorulacağı 10 film

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh