Makiyaj etmək sadəcə qadınlara xas bir xüsusiyyətdir?


Müasir toplumda makiyaj etmək təkcə qadına məxsus bir xüsusiyyət kimi qəbul edilmişdir.

Halbuki günümüzdə bu fikiri cəmiyyətin beynindən silməyə çalışan və daima xəyal qırıqlığına uğrayan, qısacası topa tutulan çoxlu insan var. Bunu qəbul etmək lazımdır ki, makiyaj etmək təkcə qadına aid bir xüsusiyyət deyil.

Dırnaq, dodaq boyası çəkməyə, qaşları düzəltməyə qısacası makiyaj etməyə şəxsiyyəti nümayiş etdirən amil kimi baxmaq düzgün deyil.

Bu cür insanlar öz şəxsi həyatlarını istədiyi kimi yaşamağa çalışarkən daima toplum tərəfindən təzyiqlərə, təcavüzə və şiddətə məruz qalırlar, bəzən intihar həddinə belə gəlib çıxırlar.

Valideyinlər, valideyin olacaqlar qəbul etməlidirlər ki, onların övladlarının şəxsi fikirləri onları pis, qatil və sayısız pis kateqoriyaya aid insan quruplarına salmayacaq. Onlar qızlarının baxımsız olmasından, yaxud oğlanlarının daha baxımlı olmasından qorxmamalıdırlar. Onlar övladlarının bu cür insanlara şiddət göstərən, təcavüz edən insan olmasından qorxmalıdırlar.

Heyat sevdiklərimizi üzmək üçün çox qısadır və peşmançılıqdan dönüş yoxdur!

Aybaşı hovuza (dənizə) girməyə əngəl deyil. Nələrə diqqət etmək lazımdır?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh