Makiyaj təmizləyərkən işinizi asanlaşdıracaq hiylələr


Biz qadınlar hər gün etdiyimiz makiyaj üçün fərqli təmizləmə üsulları seçirik. Gözəl görünmək hamımıza xoşdur, amma bunun üçün etdiyimiz fərqli ağırlıqda makiyajlar asanlıqla üzdən təmizlənmir. Bu yazımızda asan təmizləmə üçün makiyajdan əvvəl bir neçə hiylələrdən bəhs edəcəyik.

1. Təmizlənməsi çətin olan dodaq qələmi və boyası

Dodaq boyası və qələmdən istifadə etməzdən əvvəl dodağınızı nəmləndirici ilə masaj edin. Bu prosesi dodaqlar tam nəmlənənə qədər davam etdirməliyik. Nəmləndirici əvəzinə badam yağı və ya zeytun yağından istifadə edə bilərik. Nəticədə dodaq boyası topa-topa və çat şəkildə olmur.

2. Bir müddət sonra gözlərimizi ağırlaşdıran tuş!

Kirpik tuşlarının içinə kirpikləri qorumaq və bəsləmək üçün nəmləndiricilər əlavə etmək olar. Beləliklə kirpiklərimizə tuş vurduqdan sonra onlar kirpikdə daşlaşmır və bunu təmizləmək daha asan olur. Həmçinin kirpiklərin tez uzanmasına kömək edir.

3. Təbii görünümlü dəri üçün CC/BB kremlərdən istifadə!

Dərinizi ağırlaşdıran və quru göstərən tonal kremlərdən qaçın. Onun yerinə tonal kremlərdən əvvəl makiyaj bazlarından və ya yüngül cc/bb kremlərdən istifadə edin.

4. Makiyaj təmizləmək üçün köpüklü məhsullardan istifadə edin!

Makiyajı daha tez və dərin təmizləyən köpüklü məhsullar həmçinin üzünüzə təravət hissi verir. Üzdə uzunmüddət saxlanan maskaların yerinə köpüklü təmizləyicilər yay aylarında daha məsləhətlidir.

Bu sarışın məhşurların cazibədarlığına heyran olmamaq mümkün deyil – FOTOLAR (+16)


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

1
admin

0 Şərh