İstifadəçilərinə şad xəbər: Facebook Messengere ekran paylaşımı funksiyası gəldi

Facebookun mesajlaşma proqramı Messengerə yeni gələn güncəlləmə ilə birlikdə ekran paylaşma funksiyasıda gəldi. Bəs bu funksiyadan necə istifadə edəcəyik?


Facebookun mesajlaşma proqramı Messengerə yeni gələn güncəlləmə ilə birlikdə ekran paylaşma funksiyasıda gəldi. Xüsusiyyət həm qrup söhbətlərində həm də fərdi söhbətlərdə istifadə edilə biləcək. 

Facebook tərəfindən tətbiq edilən mesajlaşma proqramı olan Messengere son zamanlar güncəlləmlər ilə birlikdə bir çox yenilik gəldi. Gələn sonuncu güncəlləmə ilə görünür ki, facebook messengeri hər cəhətdən yararlı etmək üçün çalışır. Gələn güncəlləmədə zoom kimi korporativ məqsədlər üçün nəzərdə tutulmuş proqramda olan ən vacib xüsusiyyət olan ekran paylaşımı funskiyası Messengerdədə artıq istifadə oluna biləcək.

Bu funksiya vasitəsilə istifadəçi istər fərdi söhbətlərdə istərsə də qrup söhbətlərində ekran paylaşma funksiyası vasitəsilə mobil ekranda göstərmək istədiklərini göstərə biləcək. 

Bəs ekranı necə paylaşacağıq?

Çox sadə. Sadəcə söhbət zamanı ekranı yuxarı sürüşdürməniz lazımdır. Bu zaman gələn pəncərədə ekranı paylaş yaxud start sharing düyməsinə klikləmək lazımdı. Çıxan pəncərədə Start broadcastı seçmək lazımdır. Beləcə mobil ekranınız qarşı tərəf ötürüləcək. Funksiyanı dayandırmaq üçün isə Stop klikləmək kifayətdir.

Yeni funsksiyanı istifadə etmək üçün sadəcə Messengerin ən son versiyasını güncəlləmək lazımdır.

Zoom proqramı istifadə edənlər diqqət: Məlumatlarınız təhlükəlidir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh