Yeni araşdırmaya görə bir qrup meymun 32 milyon il əvvəl Atlantik okean keçərək Amerikaya gedib

Science jurnalında yayınlanan bir məqaləyə görə təxminən 32 milyon il əvvəl bir qrup meymun Amerika qitəsinə gedib. Bəs bunu necə ediblər?


 

Science jurnalında yayınlanan bir məqaləyə görə təxminən 32 milyon il əvvəl bir qrup meymun Atlantik okeanın keçərək Amerika qitəsinə gedib. Tədqiqatçılara görə, ən yaxın qohumları Misirdə olan bu meymunlar sal taxtalar üzərində okeanı üzərək qitə dəyişdiriblər. 

Popular Science Türkiyə tərəfindən tərcümə edilən məqalədə tədqiqatçılar Peruda Ucayalipithecus perdita adlı cinsə aid meymun dişləri tapıblar. Parapithecidae adını daşıyan və Amerika qitəsində heç vaxt görülməmiş bu meymunların nəsli 31.7 milyon il əvvəl kəsilib.

Tədqiqatçılar Amerikada heç vaxt görülməyən bu cinsin ən yaxın qohumlarının Misirdə yaşamış olan Qatrania wingi növü olduğu düşünülür. Bu Amerikada nəsli kəsilmiş bu növündə Afrikadan gəldiyi ehtimalını göstərir. 

Ama necə? Bəs necə oldu da 1500 km olan və aralarında böyük bir okeanın yerləşdiyi məsafədə iki eyni cinsə məxsus meymun yaşamış oldu?

Meymunlar Atlantik Okeanı necə keçdi?

Cənubi Kaliforniya Universitetindən Erik Seiffertin başcılıq etdiyi tədqiqat qrupu, tapdıqları qalıqlardan əldə etdikləri nəticələrə görə meymunların bir dəfə deyil bir neçə dəfə bu səyahətə çıxdıqlarını açıqladı. 

Hazırda Cənubi və Orta amerikada yaşayan meymunların əcdadlarınında bu yolla nə vaxtsa buraya gəldiyi ehtimal olunur. Lakin bunun necə baş verdiyi hələki açıqlanmayıb. Ehtimal olunur ki, Afrikada baş verən meşə yanğınları nəticəsində ağaclar qoparaq okeana düşmüş, meymunlar bu ağaclar vasitəsilə üzərək Cənubi Amerikaya keçmişdir. 

Bu qədər uzun məsafəli yayılmanın nadir olduğunu düşünərək meymunların bu qədər məsafəni hansı vasitələrlə qət etməsi tam olaraq bilinməsə də, həmən dövrdə qütblərdə buzlaşmaların aktivliyi okean suyu səviyyəsinin aşağı olmasına səbəb olmuşdu. Bu da meymunların işini bir qədər asanlaşdırmışdı. 

Mənbə: webtekno.com

Həmçinin bax: Bu ölkədə son 10 gündə ildırım vurması nəticəsində 147 nəfər ölüb: Maraqlı hadisə


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh