Ölmədən öncə izlənməli vacib olan filmlər


The Shawshank Redemption. il-1994, İMDB-9.4

Azadlığın nə qədər böyük bir nemət olduğunu vurluğayan, dövrün ən möhtəşəm filmidir. Balaca detallar həyatınızı dəyişdirə bilər. Heç nəyi küçümsəmək olmaz. İzləyin və öz xırda detallarınızı birləşdirib bütöv olun.

The Green Mile. İl-1999, İMDB-8.6

Önyarqıları darmadağın edəcək, gözlənilməz hadisələrlə mövtəşəm bir film. Heç bir film məni ağlada bilməz deyənlər, bundan sonra eynisini deyə biləcəkmi…

Leon: The Professional. İl-1994, İMDB-8.5

İntiqam hissi insanda təbiətdən gələn hissdir. Görəsən sizin başınıza belə hadisə gəlsə həyatınız necə dəyişərdi. Bu filmdən heyrətlənməmək mümkün deyil.

Catch Me If You Can. İl-2002, İMDB-8.1

Film müddəti uzun olsa da vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Əyləncəli avtobioqrafik bir film. Filmdə rol alan aktyorlara nəzər yetirsəz filmin möhtəşəmliyindən xəbərdar ola bilərsiniz.

The Dark Knight

Dark Knight xalq üçün böyük təhlükə yaradan Jokerin ortaya çıxması ilə birlikdə Gotthamın yenidən xilas edilməsi üçün Batmanin hekayəsindən bəhs edir. Gottham köhnə, xaouslu günlərinə geri dönəcək? 

Seven

Yeddi, seriyalı cinayətlər törədən qatilin arxasınca düşən 2 dedektivin hekayəsindən bəhs edir. Bu qatil öz cinaytləri öz qanunları ilə işləyir. Filmin baş rollarında  Brad Pitt və Morgan Freeman yer alır. Filmin keyfiyyəti ele bu iki aktyordan bilinir.

Schindler’s List


Bu film Oskar Schindler adlı bir almanın 2-ci Dünya Müharibəsi vaxtı Polşada qurduğu fabrikada iş verdiyi 1100 Yəhudinin həyatını xilas etməsindən bəhs edir. Film 7 Oskar mükafatı qazanmışdır.

 

Qorxu filmi çəkimlərində yaşanan qəribə hadisələr: Qəzalar və ölümlər


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh