Ömür boyu pulsuz Netflix qazana biləcəyiniz oyun: Old Guard Game

Netflix yeni filmi olan The Old Guard üçün bu həftə sonu keçərli olan yeni bir yarışma təşkil edir. Qalib 83 illik Netflix qazanacaq. Bəs oyuna qatılmaq üçün nə etməliyik?


Netflix yeni filmi olan The Old Guard üçün bu həftə sonu keçərli olan yeni bir yarışma təşkil edir. Yarışmanın qazananına isə 83 illik Netflix hesabı verəcək. Yarışma bir internet browser oyunu vasitəsilə keçiriləcək və qazanmaq üçün hamıdan yüksək xal yığmaq lazımdır. 

Keçən həftə Netflixdə nümayiş etdirilən yeni film The Old Guard qısa zamanda məşhur olmağı bacardı və izləyənlərin rəğbətini topladı. Hollywoodun ən məşhur aktyorlarından olan Charlize Theronun filmin baş rolunda yer alır.

Ölümsüzlük mövzusu olan bu filmdə Charlize Theronun canlandırdığı Andy adlı xarakter ölümsüzlərdən ibarət bir qrupa başçılıq edir. 

Ömürlük Netflix hesabı üçün ölümsüzlərə başcılıq edin

Netflix yeni filmi olan The Old Guarda diqqətləri çəkmək üçün bu həftə sonu olduqca maraqlı bir yarışma təşkil edəcək. Andy xarakterini idarə edəcəyiniz oyun film ilə eyni mövzuya malikdi. Oyunda Andynin baltası ilə düşmənlərinizi məğlub etməlisiniz.

Andy filmdə olduğu kimi oyundada ölümsüzdür. Onu öldürmək cəhdi sadəcə onu yavaşladacaq. Əgər oyunda vurulsanız beş saniyə müddətində yerdə uzanacaqsınız və sonra yenidən canlanıb oyuna qaldığınız yerdən davam edəcəksiniz.

Oyun tarixi

Netflixin 17 iyul 19:00-da başlayacaq oyunu 19 iyulda qurtaracaq. Bu müddət ərzində ən yüksək xalı əldə edən oyuncu 83 illik Netflix hesabının sahibi olacaq. Netflixin 150 milyon izləyicisinin olduğunu nəzərə alaraq ilk yeri tutmanın elə də asan olmayacağını bilmək lazımdır. 

Oynayacaqlara uğurlar.

Mənbə: webtekno.com

Zamanda səyahət mövzusu işlənmiş az bilinən 10 film


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh