Ona qarşı sevginizin bitdiyini göstərən detaylar hansılardır.

Sevginizin bitdiyini göstərən əlamətlər hansılardır? Sevginizi bitdiyində nə etməlisiniz?


Ayrı qaldığınızda artıq onu düşünmürsünüz

Əvvəllər ayrı qaldığınız hər dəqiqə onu görmək istəyirdiniz deyilmi? Yaxud mesajınıza cavab yazmayanda narahat olurdunuz? Zəngə cavab verməyəndə ağlınızdan pis fikirlər keçirdi? Artıq bu hissləri yaşamırsınızsa hər şey qutarıb.

Danışdıqları sənin üçün artıq mənasız gəlir

Başlarda onunla gülən, hər dediyini ciddiyə alan, sözlərini həqiqətmiş kimi qəbul edən biri idiniz. Amma indi aranızda keçən dialoqlarda qüsurlar axtarır, dediyi hər sözü fərqli yerlərə yozursunuz. Və ən önəmlisi sözlərində ciddiyət axtarmırsınız.

Hərəkətlərinə qatalana bilmirsiniz

Davarnışları sizin xoşunuza gəlmir və ən əsası bir birinizi hər an iynələməyə, sözlərlə incitməyə çalışırsınız? Bu münasibətin monotonlaşdığını görmək üçün başqa heç nəyə ehtiyac yoxdur.

Bəhanələr

Birgə edəcək fəaliyyətlərdən qaçınırsınız və ən əsası bu qaçınmaqdan onunla keçirəcəyiniz vaxtdan daha çox zövq alırsınız. Bəhanələr bu qaçışların əsasıdır. “Yorğunam canım”, “İşim var canım”, “Yuxum gəlir” və s. bəhanələr artıq aranızda keçən sayılı cümlələrdən çoxluq təşkil edəndirsə bu yazını sona qədər oxumasanızda olar. Ona qarşı sevginiz bitmişdir.

Günahlandırmaq

Baş verən hər problemə səbəbkar kimi onu görürsünüz. Sanki o olmasa hər şey yolunda gedəcəkdi düşüncəsindəsiniz. Elə isə nöqtə qoymağın vaxtıdır.

Evlilik sonrası problemlər necə həll olunur?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh