Oturaq iş həyatınız üçün təhlükəlidir: Oturaq iş görənlər üçün sağlıq tövsiyyələri

Bütün iş gününün demək olar ki, hamısını masa arxasında keçirmək sağlığımız üçün çox təhlükəlidir. Bəs oturaq iş görənlər sağlıqları üçün ne etməlidir?


Oturaq iş başqa adı ilə ofis işi

Bütün iş gününün demək olar ki, bütün saatını komputer qarşısında, masa arxasında keçirmək sağlığımız üçün çox təhlükəlidir. Gün sonunda sağlığımızı düşünmək bir yana qalsın qollarımızı qaldırıb ən yüngül fiziki hərəkət etməyə belə gücümüz çatmır. Birdə iş dönüşü piyada getdiyimiz yol bizə ən uzun yol kimi görünür. Gənc yaşlarda bu təhlükənin fərqinə varmasaqda yaş ötdükcə bunu hiss edəcəyik. Bu vəziyyəti yaxşıya doğru dəyişmək üçün edəcəyimiz bəzi şeylər var.

İşdə maksimum dərəcədə çox hərəkət etmək lazımdır

İlk öncə kresloda, stulda belimizi əymədən dik oturmalıyıq. Dik oturmaq bel və boyun ağrılarının yaranmasının qarşısını alır. Sonrakı mərhələdə gərilmə hərəkətlərini masa arxasında olsaq belə tez-tez etməliyik.

Hərəkətli tələb edən işləri qısa yoldan həll etməyin

Ofis daxilində hərəkət zamanı yuxarı mərtəbələrə çıxmaq lazım gəldikdə lift əvəzinə pilləkəndən istifadəyə üstünlük verin. Bu ayaq əzələlərinizin hərəkətinə səbəb olacaq. Masa arxasında oturmaq əvəzinə işinizin olmadığı vaxtlarda ofis daxili yürüyüşlər edin. Ayaq yolu seçimində belə başqa mərtəbələrdəki ayaq yollarını seçin.

Nahar yeməklərinə diqqət edin

İşdə hazır qidalardan yeməyi tərgidin. Modern görünümlü termo qablar alaraq yeməyinizi evdən götürə bilərsiniz. Beləcə nə yediyinizdə bilmiş olarsınız. Nahar fasilənizin geri qalanıni mətbəxdə, bufetdə söhbət edərək keçirməyin. Yürüyüşə çıxaraq hərəkət etməyiniz məsləhətdir.

Komputerə çox baxmaq ziyandır

Komputerlə iş zamanı təkcə gözləriniz deyil boyun əzələlərinizdə yorulur. Komputerlə iş zamanı özünüzə qısa fasilələr verin, gözlərinizi işləyərkən tez-tez qırpmağa çalışın. Şüa qəbulunuda bununla minimuma endirə bilərsiniz.

Təmizlik

Təmizlik diqqət edilməsi ən vacib nüanslardandır. İşə başlamazdan əvvəl masanızı, komputerinizi silməyi unutmayın. Əlinizin altında nəm salfetka saxlayın. Və masanızın üzərinə kaktus yerləşdirərək həm az da olsa oksigen ehtiyacınızı ödəyin, həm də qəbul etdiyiniz radiasiyanı azaldın.

Stresə yox! Ruh Sağlığı

Stresli iş mühitində işləmək nə qədər tövsiyyə olunmasa da hazırkı zamanda stressiz iş demək olar ki yoxdur. Lakin stresi minimuma endirmək üçün iş yoldaşlarınızla qısa kofe yaxud çay fasilələri verib söhbət etməyə çalışın. Bu fasilələri də maksimum dərəcədə hərəkətli keçirin. Bu həm stresi azaldacaq həm də hərəkət etmənizə kömək edəcək.

Həmçinin bax: Hər evdə olan gözə görünməz təhlükə: Diqqətli olmalıyıq


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh