Qadın sünnəti nədir? Qəddar ənənənin yayıldığı ölkələr


Qadınlar niyə sünnət edilir?

Bu qəddar ənənə müxtəlif səbəblərdən bir çox ölkələrdə hələ də tətbiq edilir.

Dini inanclar, sağlamlıq mövzusunda yanlış bilinən məlumatlar, kişinin cinsi münasibət zamanı alacağı zövqü artırmaq, bakirəliyin qorunması və s. kimi səbəblər hələ bunlardan bir neçəsidir.

Sağlamlıq cəhətdən sünnətin qadın üçün heç bir faydası olmasa da, qadın sünnəti edən cəmiyyətlər qadın vajinasının kəsilməsinin vacibliyinə inanırlar, “sünnət” olmayan qadınların sağlam olacağına inanmırlar. 

Bəzi mədəniyyətlərdə bu yetkinliyə keçiş ritualı olaraqda bilinir. Bu evlənmədən əvvəl aparılan bir prosedurdur.

Qadın sünnətinin növləri

Klitoridektomiya: Klitoris ətrafındakı dərinin hamısının yaxud bir qisminin kəslib atılmasıdır.

Eksizyon: Klitorisin bir qismi yaxud hamısı ilə vajinanın iç dodaqların kəsilib götürülməsidir.

İnfibulyasiya: Həm iç dodağın, həm də vajina ətrafındakı çöl dodaqların kəsilib götürülməsidir. Bu prosedur olduqca ağrılı olduğu üçün infeksiya yaranması riski olduqca çoxdur. 

Bu sünnət nəticəsində sadəcə aybaşı qanaması və sidik yolu üçün kanal saxlanılır. Bu kanal o qədər dardır ki, bəzən cinsi münasibət yaxud doğum zamanı kəsmək məcburiyyətində belə qalına bilər. 

Hansı ölkələrdə tətbiq olunur?

UNICEF-in 2013-cü ildə yayımladığı hesabata görə dünyada 125 milyon qadın və qız sünnət edilib. 30 milyondan çox qız isə yaxın bir neçə ildə sünnət ediləcək.

Afrika və Yaxın Şərqdə olan 29 ölkədə aparılan tədqiqata görə Misir, Efiopiya, Nigeriya, Sudan, Keniya və Burkino Faso qadın sünnətinin ən geniş yayıldığı ölkələrdir.

Baxmayaraq ki, Afrika və Yaxın Şərq ölkələrinin əksəriyyətində qadın sünnətinin əleyhinə qanunlar olsa da, bu qanunlara elədə əhəmiyyət verilmir. Somalidə isə qadınların 98 faizi sünnət edilib. 

BMT-nin hesabatlarına görə qadın sünnəti Afrikadan başqa Asiya və Latın Amerikasında da geniş yayılıb. Həmçinin Avstraliya və Yeni Zellandiyada olan köçmən xalqlarda da qadın sünnəti tətbiq olunur. 

Səmada doğum. Doğru bilinən yanlışlar: ömür boyu pulsuz uçuş və digərləri

onedio.com

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh