Qadınlarda cinsi istəksizlik və səbəbləri: Necə həll etmək olar?


Cinsi münasibət həm qadınlar həm kişilər üçün vacib ehtiyaclardan biridir. Lakin bəzən fərdlərdə cinsi münasibətə qarşı istəksizlik müşahidə edilir. Cinsi istəksizlik nədir və həll yolu kimi nələr etmək lazımdır?

Cinsi istəksizlik nədir?

Kişi və qadınlarda cinsi istəksizlik problemi, ətrafında onu cinsi münasibətə təşviq edəcək şərait şərait olmasına baxmayaraq cinsi münasibət düşüncəsindən uzaq olma problemidir. Tibbi ədəbiyyatlarda hipoaktiv cinsi istəkdə adlandırılan bu problemi cinsi soyuqluqda adlandırırlar. Yaranma səbəbinə görə isə cinsi istəksizlik iki cür təsnifləşdirilir: birinci səviyyəli və ikinci səviyyəli cinsi istəksizlik. İstəksizlik yetkinlik dövründən başlayıbsa bu birinci səviyyəli, sonradan müşahidə olunubsa ikinci səviyyəlidir.

Qadınlarda cinsi istəksizliyin səbəbləri nələrdir?

Psixloji səbəblər

Cinsi əlaqənin psixologiya ilə əlaqəsi bilinən bir gerçəkdir. Psixoloji səbəblər kimi qadının yaşadığı stres, özünə inamsızlıq, fiziki şiddətə məruz qalması, həyat yoldaşının soyuq davranışları və s. göstərmək olar.

Hormonal səbəblər

Cinsi istəksizliyin başında gələn səbələrdən biri menopozdur. Bu dövrdə estrogen hormonların səviyyəsində baş verən dəyişikliklərdən dolayı qadınlarda istəksizlik yarana bilər. Həmçinin hamiləlik dövründədə istəksizlik müşahidə oluna bilər.

Ailə daxili səbəblər

Bir növ psixoloji səbəb olsa da, əslində qadınlarda cinsi istəksizliyin yaranmasında əsas səbəblərdən biridir. Buna səbəb partniyoruna qarşı yaranan güvənsizlik, tez-tez baş verən ailə daxili problemlər və ünsiyyət problemidir.

Qadınlarda yaranan cinsi istəksizliyin həll yolları:

Cinsi istəksizlik ailədə ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bu vəziyyətdə qadın ailə münasibətlərini yaxşılaşdırmaq, xüsusilə cinsi istəksizliyini həll etmək üçün nə etməlidir? Həmçinin bunu qəbul etmək lazımdır ki, bu problem təkcə qadınların deyil cütlüklərin birgə həll etməsi gərəkən problemdir. Problemin həlli üçün nələr etmək lazımdır?

  • Dərman müalicəsi alanlar əgər problemin dərman yarandığını düşünürlərsə həkim məsləhəti ilə əvəzedici dərmanlardan istifadə etməlidir;
  • Əgər psixoloji problemlər varsa psixoloq tövsiyyəsinə ehtiyyac var;
  • Problem ailədaxili problemlərdən qaynaqlanırsa cütlüklər birgə psixoloq seanslarına qatılmalıdır;
  • Əgər istəksizlik hormonal səbəblərdən yaranırsa qadın hormonal müalicə üçün həkimə müraciət etməlidir.

Həkimə getmədən uşağın cinsiyyətini necə öyrənmək olar? Ənənəvi metodlar


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh