Qarabasma nədir? Qarabasmanın səbəbləri? Qarabasama yaşadığınız zaman nə etməlisiniz?

Qarabasma insanların gecənin bir vaxtı oyanıb hərəkət edə, danışa bilmədikləri və otağın içərisində başqa biri olduğunu hiss etdikləri vəziyyətdir. Bəs qarabasma nədir? Qarabasma yaşadığımız zaman nə etməliyik.


Qarabasma insanların gecənin bir vaxtı oyanıb hərəkət edə, danışa bilmədikləri və otağın içərisində başqa biri olduğunu hiss etdikləri vəziyyətdir. Bu zaman siz otağın divarlarında süzülən kölgələr görə, sinənizdə bir ağırlıq, təzyiq, və boğazınızdan kiminsə sıxdığını hiss edə bilərsiniz. Gecələr yaşaya biləcəyimiz bu vəziyyətə yuxu pozğunluğu olan qarabasma yaxud yuxu iflici deyirlər.

Qarabasma haqqında tarix kitablarındada məlumatlara rast gəlinir. Ümumi olaraq qarabasma adlandırmasalarda dünyanın dörd bir yanında yazılan kitablarda bu vəziyyəti yuxudan oyana bilməmə, boğulma, qəribə varlıqlar görmə kimi adlandırıblar. 1664-cü ildə Hollandiyalı alim, xəstəsində rast gəlinən bu vəziyyəti qarabama yaxud kabus olaraq adlandırıb.

2011-ci ildə aparılan bir araşdırmaya görə dünya əhalisinin təxminən 7.6 %-i həyatları boyu ən azı bir dəfə qarabasan görüblər. Qarabasma yaşayan insanlar arasında tələbələr, evdə tək yaşayanlar, psixi xəstəliyi olan və stresdən əziyyət çəkənlər çoxluq təşkil edib. 

Qarabasan yaşayan biri yuxudan oyandığı halda uzun müddət hərəkət edə bilməmə, bir müddət iflic olmuş vəziyyətdə qalma kimi hallar yaşaya və halüsinasiyalar görə bilər. Bəzi insanlar isə sanki boşluğa düşdüklərini və havadan asılı qaldıqlarını deyirlər.

SleepMedicine adlı jurnalda aparılan bir araşdırmaya görə qarabasma yaşadığını iddi edən 185 xəstənin 58 %-i otaqda fövqəltəbii varlıqlar,22 % isə otaqda tanımadığı bir şəxs gördüyünü bildiriblər. 

Qarabamsa yaşama səbəbi

2018-ci ildə aparılan araşdırmaya görə yuxu pozğunluğu, travması, psixi problemləri, genetik faktorlar və sağlıqlı fiziki vəziyyəti olmayan şəxslərdə qarabasma riski daha yüksəkdir. Həmçinin stresli gündə qarabasma riskini artıran faktorlardandır. Qarabasma üçün tam müalicə yoxdur. Lakin həkimlər qarabasma yaşayan şəxslərin yuxularını normaya salmalarını və yuxu saatlarına riaət etmələrini tövsiyyə edirlər. 

Qarabasma yaşadığınız anda nə etməlisiniz?

Montefiore Health xəstəxanasının yuxu pozğunluğu xəstəlikləri bölməsinin direktoru Shelby Harris deyir ki, “Əgər qarabasma yaşayırsınızsa bu əslində sizin yuxusuz olduğunuz mənasına gəlir”. Harris qarabasma yaşayan şəxslərin yuxu normalarını qaydaya salmalarını, yatmağa 3 saat qalmış nikotin və içki qəbulunu dayandırmalarını tövsiyyə edir. Həmçinin günorta 2 dən sonra kofein qəbulunu dayandırmaq, yataq otağında elektronik əşyalar saxlamamaqda bu tövsiyyələrə daxildir. 

Əgər tez-tez qarabasma yaşayırsınızsa bir nevroloqa müraciət etməyiniz tövsiyyə olunur.

Ağcaqanaddan qorunmaq üçün nə etmək olar?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh