Qəhvəyi yumurta, yoxsa ağ yumurta


Bir çox insanlar qəhvəyi rəngdə yumurtaların ağ yumurtalardan daha sağlıqlı və faydalı olduğunu düşünürlər. Onların fikirlərinə görə qəhvəyi yumurta yumurtlayan toyuqlar təbii halda yemlənir, lakin ağ yumurta yumurtlayan toyuqlar suni qidalarda yemlənir. Lakin bu məntiq heç də doğru deyildir. Gəlin bir neçə fərqə baxaq:

1. Növ fərqi. Fərqli rəngdə yumurta yumurtlayan toyuqlar vardır. Məs: Ağ Leghorn toyuqları ağ yumurta, Plymouth Qayası toyuğu ve Rhode Island toyuğu isə qəhvəyi rəngdə yumurtlayırlar. Bundan əlavə açıq mavi və yaşıl rəngdə yumurtlayan toyuq növləri də vardır.

2. Bütün yumurta qabıqları ilk yarandığı an kalsium maddəsinin verdiyi rəngə görə ağ olur. Lakin toyuğun daxilində protoporfirin IX pigmentinin ifraz edilməsi sonradan yumurtanın rəngini dəyişdirir. Beləliklə yumurta daxildən ağ qalsa da, xaricdən başqa rəng olur.

3. Tarixən qəhvəyi rəngdə yumurtlayan toyuqlar daha böyük olmuş, ölçülərinə görə də qida qəbulu daha çox olmuşdur. Əlbəttə biz təbiətdə öz hesablarına qidalanan toyuqlardan bəhs edirik. Məhz bu səbəb tarixən insanların beynində qəhvəyi toyuqlar daha sağlamdır, onların yumurtaları daha qidalı və sağlam olacaq fikrini formalaşdırmışdır. Ancaq bugün eyni istehsal müəssisəsində, eyni qidalarla bəslənən toyuqların yumurtalarında tək fərq rəngdir və insanlar bu rəng fərqinə görə artıq məbləğ ödəyir.

Evdə necə dondurma hazırlamaq olar? Bu resepti çox bəyənəcəksiniz


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh