Qohum evliliyinin riskləri nələrdir? Qohum evliliyinə dair hər şey

Eyni nəsildən qan qohumuluğu olan şəxslərin evliliyinə qohum evliliyi deyilir. Qohum evliliyindən olan cütlüklər digər cütlüklərdən fərqli olaraq eyni qan hüceyrələrinə malik olduğu üçün uşaq üçün ciddi riskdir.


Qohum evliliyi nədir?

Eyni nəsildən qan qohumuluğu olan şəxslərin evliliyinə qohum evliliyi deyilir. Qohum evliliyindən olan cütlüklər digər cütlüklərdən fərqli olaraq eyni qan hüceyrələrinə malik olduğu üçün uşaq üçün ciddi riskdir. Mütəxəssislərin fikrincə qohum evliliklərində uşağın qüsurlu doğulma riski 4-8 faizdirsə, digər cütlüklərdə bu 2-4 faizdir. Qohumluq ana tərəfdəndə ola bilər ata tərəfdəndə. Hansı tərəfdən qohumluq dərəcəsinin çox olmasının önəmi yoxdur. Hər iki qohumluq riski eyni səviyyədədir. Qohumluq evlilikləri 2 dərəcədə təsnifləşdirilir:

  • Ana və yaxud atası tərəfdən qohumluğu olan şəxslərin evliliyi 1-ci dərəcəli;
  • Baba və ya nənəsi tərəfdən qohumluğu olan şəxslərin evliliyi 2-ci dərəcəli qohum evliliyidir.

Hansı olursa olsun genetik xəstəliklərin uşaqda görülmə ehtimalı çox yüksəkdir.

Ölü doğum yaxud düşüş

Qohum evliliyi sadəcə olaraq doğacaq uşaq üçün təhlükəli deyil. Hamilə qadının hamiləlik müddəti tez-tez qanama yaşaya bilər. Həmçinin düşüş yaşama ehtimalıda çox yüksəkdir. Uşağın ölü doğması isə ana və ataya psixoloji təsir edəcək ən pis vəziyyətdir.

Doğumdan sonrakı genetik problemlər

İnsanların sahib olduğu DNA nəticəsində ana və atada olan genetik xüsussiyyətlər uşağa keçir. Bu xüsusiyyətlər qohum evliliyi olan şəxslərdə bir-birinə bənzər olduğundan uşağın əqli qüsurlu yaxud ölü doğulması riskini artırır. Doğacaq uşaqlarda rəng korluğu, görmə, eşitmə və əqli qüsurlar müşahidə olunması digər uşaqlara nisbətdə 10 dəfə artıqdır.

Bu cür uşaqların müalicəsi reabilitasyon mərkəzlərində müalicəsi isə baha olduğundan və demək olar ki, ömür boyu davam etdiyindən imkansız ailələr üçün çox çətindir. Ona görə də qohum olan şəxslərin özləri və uşaqların sağlığı üçün evliliyi tövsiyyə olunmur.

Ana və atadan gələn irsi xəstəliklər

Qohum olan cütlüklərin hər ikisi nəsildə olan irsi xəstəliklərin daşıyıcısı olduğu üçün uşağa keçmə ehtimalı daha çoxdur. Genetik xəstəliklərlə bərabər bədən orqanlarında olan qüsurlarda yarana bilər məsələn, barmaqların azlığı yaxud çoxluğu və s. Qohum evliliyi ilə bərabər gələn xəstəliklərdən bəziləri aşağıdakılardır:

  • Talassemiya – Bu bir növ qan xəstəliyidir. Daha çox qohum evliliyi olan cütlüklərdən doğan uşaqlarda müşahidə olunur. Nəsillərində nə vaxtsa bu xəstəlik olmuş şəxslərin özündə bu xəstəlik olmasa da doğacaq uşağa keçmə ehtimalı daha çoxdur.
  • Onurğa əzələlərinin atrofiyası – Bu xəstəliyin əsas simptomu əzələ zəifliyidir. Uşaqların süd alma dövrlərində müşahidə edilən olduqca ciddi bir xəstəlikdir. Xəstəliyin tam müalicəsi hələki yoxdur.
  • Fenilketonuriya – Ömür boyu müalicə alınmaq tələb olunan bir xəstəlikdir. Müalicə olunmazsa beyin qüsurlarına, əqli çatışmazlığa gətirib çıxarar. Qohum evliliyi olan cütlüklərdə doğumdan əvvəl bu xəstəliyin uşaqda olub-olmaması müəyyən edilə bilər.

ABŞ-ın Florida ştatında “beyin yeyən amöb” virusuna rast gəlindi

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh