Qorxu filmi çəkimlərində yaşanan qəribə hadisələr: Qəzalar və ölümlər


The Exorcism of Emily Rose (2005)

Filmin baş rol oyunçusu Jennifer Carpenterin dediyinə görə gecələr evindəki radio öz-özünə açılır və Pearl Jamın “Alive” mahnısı oxunurdu. Digər çəkiliş qrupuda eyni hadisəni yaşadığını dedikdən sonra filmin çəkiliş meydanındakı bütün radio və televizorlar yığışdırıldı.

Annabelle (2014)

Çəkiliş meydançasında çalışan işçilər şeytan xarakterinin makyajını edərkən koridorun işıqlarından biri qopub xidmətçinin üzərinə düşdü. Maraqlısı isə odur ki senaryoya görə şeytan xidmətçini koridorda öldürməli idi.

The Possession (2012)

Filmdə çəkimində istifadə olunan əşyaların saxlandığı anbar bilinməyən bir səbəbdən alışaraq yandı. Deyilənə görə film çəkimləri sırasında səhnədə işıqlar sönür, qapılar çırpılır və soyuq meh əsirdi. Maraqlısı isə odur ki bu hadisələr sadəcə çəkim zamanı baş verirdi. Fasilə zamanı heç bir hadisə baş vermirdi.

The Omen (1976)

Filmin pərdə arxasında tam bir tragediya yaşandı. Həm Mace Neufeld həm də Gregory Peckin içərisində olduğu təyyarəni ildırım vurdu. Praduser Harvey Bernhardın üzərinə də Roma da az qalsın ildırım düşürdü. Neufeldin qaldığı otel bir terror qrupu tərəfindən bombalandı. Peckin oğlu intihar etdi. Peckin gecikib minə bilmədiyi təyyarə düşdü.

The Conjuring (2013)

Film Perron ailəsinin evində baş verən paranormal hadisələrdən bəhs edir. Gerçək həyatda Perron ailəsi filmin çəkiliş meydançasına gəldiyində güclü külək əsdi, lakin bir ağac yarpağı belə yerindən tərpənmədi. Perronu canlandıran oyunçu Taylor bütün çəkim sırasında yanında bir varlığın olduğunu hiss etdiyini deyirdi.

Rosemery’s Baby (1968)

Filmin rejisoru Roman Polanskinin başına qorxulu hadisələr gəldi. Həyat yoldaşı və dostları Manson ailəsi tərəfindən vəhşicəsinə öldürüldü. Filmin bəstəkarı Krzysztof Komeda uçurumdan düşərək komaya düşdü və öldü.

 

The Exorcist (1973)

Film çəkilişlərinə başlamamışdan əvvəl bir göyərçinin elektrik naqillərinə ilişməsi ilə yanğın başladı və bütün hər şey yanaraq kül oldu. Filmdə Ellen Burstynin divara dəyib qışqırdığı səhnədə o həqiqətən yıxılmışdı. Filmin çəkiliş meydançası yaxınlığındakı kilsəyə ildırım düşdü. Kilsə üzərindəki xaç qoparaq yerə düşdü.

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh