Evdə 4 Addımda sağlam və gözəl dırnaqlara sahib olun

Sağlam və gözəl dırnaqlara salona getmədən təbii baxım yolları ilə də sahib ola bilərsiniz. Bəs bunun üçün nələri bilməliyik? 


Sağlam və gözəl dırnaqlara sahib olmaq üçün kimyəvi maddələrə, gözəllik salonlarına getməyə gərək yoxdur. Sağlam və gözəl dırnaqlara təbii baxım yolları ilə də sahib ola bilərsiniz. Bəs bunun üçün nələri bilməliyik? 

Sağlam və gözəl dırnaqlar üçün nələrə diqqət etməliyik

sağlam dırnaq

Sağlam və gözəl dırnaqlar aşağıda yazacağımız amillərdən asılıdır.

  • Düzgün qidalanma
  • Dinləndirmə
  • Təbii maska
  • Təbii dırnaq boyası silənlər

Düzgün qidalanma

Günəş, hava kirliliyi və digər faktorlar dırnaqların zəfiləməsinə və tez qırılmasına səbəb olur. Sağlam dırnaqlara sahib olmaq üçün diqqət etməmiz gərəkən əsas amillərdən biri qida rasionumuzdur. 

Dırnaqların tərkibində keratin, dəmir və kalsiyum vardır. Bunları düzgün və sağlıqlı qidalanma ilə əldə edə bilərsiniz. Xüsusilə ispanaq, ət və süd məhsullarını istifadə etməyi artırmalısınız. Hər gün bir ovuc badam yemək sağlam dırnaqlara sahib olmaq üçün olduqca vacibdir. Badamın tərkibindək E vitamini dırnaqların möhkəmliliyini artırır.

Portağalda istifadə edilməsi vacib olan qidalardandır. Tərkibindəki C vitamini bədənin ehtiyacını ödəməklə qalmır, dırnaqlarında daha sağlam və möhkəm olmasına kömək edir. Bananın proteinlə zəngin olması onun istifadəsini vacib edir. Banan eyni zamanda dırnaqların daha tez uzanmasına da köməklik edir.

Həmçinin ağartı məhsullarından istifadəni artırmaq lazımdır. Tərkiblərində bol miqdarda kalsium olan pendir, qatıq və s. kimi məhsullar nəinki dırnaqlarımızı möhkəmləndirir, həmçinin yeni çıxan dırnaqların daha tez uzanmasına və möhkəm olmasına kömək edir.

İstifadəsi ağlımıza gəlməyən bir digər qida məhsulu dolmalıq bibərdir. Bəli dolmalıq bibərin tərkibində olan bol miqdarda C vitamini onu əvəzedilməz edir. Və təbii yumurta. Bol miqdarda kalsiumla zəngin olan yumurta dırnaqlarınızı sağlam olması üçün əvəzolunmaz məhsullardandır.

Dinləndirmək

Dırnaq boyası çəkməyi çox sevirik. Lakin sağlam dırnaqlara sahib olmaq istəyiriksə dırnaq boyasınada bəzən fasilə vermək lazımdır. Dırnaqların uzun müddət havasız qalması onların çatlamasına və zəifləməsinə səbəb olur. Xüsusilə gecə yatmazdan əvvəl dırnaq boyasını silmək lazımdır.

Dırnaqlar siz istirahətdə olduğunuz müddətdə daha yaxşı inkişaf etdiklərindən bu tövsiyəyə əməl etmək sizin üçün olduqca faydalı olacaqdır. Hətta boş vaxtlarınızda dırnaqlarınızı limon və ya portağal suyu yaxud elə sadə suyun içinə qoyaraq bir müddət bu cür dinləndirə bilərsiniz.

Təbii maska

saglam dirnaq

Dırnaqlarımız üçün çoxlu təbii maska mövcuddur. Tövsiyyə edəcəyimiz bir neçə maska vardır. Aşağıda qeyd edəcəyimiz maskaları mütəmadi olaraq etsəniz sizdə qısa müddət ərzində effektini görəcəksiniz. 

6 damcı limon və suyu və 3 damcı zeytun yağını qarışdırın və dırnaqlarınızı azı 10 dəqiqə bu qarışımın içərisində saxlayın. Limon dırnaqlarda çatışmayan vitamini təmin edəcək, Zeytun yağı isə antioksidləşdirici funksiyası ilə dırnaqların daha gözəl olmasına səbəb olacaqdır.

Digər maska növü isə karbonat maskasıdır. Bunun üçün 1 çay qaşığı karbonatı su ilə qarışdırın və dırnaqlarınızı 15 dəqiqə suyun içərisində saxlayın. Bu maskanı həftədə fasilələrlə 2-3 dəfə təkrar edin. Qısa zamanda özünüz effektini görəcəksiniz.

2 ədəd bananı püre şəklinə gətirdikdən sonra 1 qaşıq bal əlavə edin. Bu qarışımı krem kimi dırnaqlarınıza sürtün. 15 dəqiqə gözlədikdən sonra zeytunyağı tərkibli sabun ilə yuyun. Bunu tez-tez təkrarlamaq olduqca faydalıdır. Banan və bal qarışımı dırnaq üzərində yaranan cızıqları aradan qaldıracaq.

Təbii dırnaq boyası siliciləri 

Sağlam dırnaqlara sahib olmaq üçün istifadə etdiyimiz təmizlik vasitələrinə də diqqət etməliyik. Bazarda çox sayda tərkibi məlum olmayan dırnaqlara, dəriyə qulluq vasitələri var. Onlardan istifadə dırnaqlarımızın möhkəmliyini azaldır və daha tez-tez qırılmasına səbəb olur.

Dırnaq boyası silən seçərkən məhsulun keyfiyyətli olduğuna diqqət etməliyik. Ancaq ev şəraitində özümüzdə boya silən hazırlaya bilərik. Bunun üçün sirkə və limon qarışımından (və ya suyu) istifadə etməyiniz tövsiyyə olunur. 

Sağlam və gözəl dırnaqlara sahib olmaq üçün yuxarıda qeyd olunan tövsiyyələrə əməl etmək lazımdır. Əlavə olaraq gündəlik məişət işlərində də dırnaqlarımız zədələnə yaxud təsirlərə məruz qala bilər.  Xüsusilə mətbəx və ev işlərində kimyəvi məhsullardan istifadə dırnaqların sağlamlığına təsir edən mühüm faktorlardandır.

Xanımlar qab yuyarkən, pəncərə silərkən və başqa təmizlik işlərində kimyəvi məhsullardan istifadə edirlər. Nəticədə dərimizə və dırnaqlarımıza ciddi ziyan dəyir. Tövsiyyə olunur ki, təmizlik işləri görərkən yaxud başqa sahələrdə kimyəvi məhsullarla işləyərkən əlcəklərdən istifadə edin.

Əlcəkdən istifadə dırnaqların zədələnməsinin qarşısını almaqla bərabər onların kimyəvi təsirlərə məruz qalmasınada maneə olur. 

Mənbə:

https://www.realsimple.com/beauty-fashion/skincare/hands-feet/healthy-nail-care-tips


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh