Seksin faydaları: 12 maddədə seksin faydaları nələrdir


Seks sadəcə qısa müddətliyinə həzz alacağımız bir proses deyil. Seks həm də həyata bağlılığımızı artıran, ruhlandıran, daha uzun və sağlam həyat üçün bir açardır. Seks sadəcə bədənlərin deyil ruhlarında birləşməsidir. 

seksin faydaları

Seksin faydalaları

Partniyorumuzla olan ən gözəl anlarımızı seks vaxtı yaşayarıq. Lakin seksin faydası təkcə həzzlə qurtarmır. Bu yazımızda seksin faydalarından danışacağıq.

Ürək-damar sağlamlığınızı qoruyur

Aparılan araşdırmalara görə həftədə 4 dəfə sekslə məşğul olmaq ürək-damar sağlamlığınızı qoruyur və infarkt riskini yarı-yarıya azaldır.

Yuxusuzluğun qarşısını alır

Cinsi münasibət vaxtı ifraz olunan endorfin hormonu bədənin rahatlamasına və yuxu gəlməsinə səbəb olur. Yuxu probleminiz varsa cinsi münasibətlə bu problemi müalicə edə və yuxunuzu normaya sala bilərsiniz.

İmmuniteti gücləndirir

Araşdırmalara görə həftədə azı 2 dəfə sekslə məşğul olmaq immun sisteminizi gücləndirir və xəstəliklərə qarşı müqavimətinizi artırır. 

Stresi azaldır

Günümüzdə yaşadığımız streslərdən qurtulmanın bir yoluda seksdir. Rutin seks həyatı olan biri günlük həyatında stresə qarşı daha dözümlü olur.

Aybaşı pozuntusunu qaydaya salır

Normal seks həyatı olan qadınlarda aybaşı pozuntularına demək olar ki rast gəlinmir. Həmçinin aybaşı prosesi ağrısız keçir.

Vajinadakı quruluğu aradan götürür

Normal seks həyatı olan qadınlarda digərlərindən fərqli olaraq vajinal qurululuq problemi müşahidə edilmir. Çünki vajinal quruluq vajinanın damar quruluşundan asılıdır.

Psixolojiyaya təsirləri

Gün ərzində həyat yoldaşınızla yaşadığınız mübahisələr və problemlər yataqda unudulmalıdır. Bu sağlam seks həyatının əsas qanunlarındandır. Günlük psixoloji problemləri yataqda müalicə etmək ən gözəl müalicə üsuludur. 

Özünüzə inamı artırır

Yataqda qarşı tərəfin sizdən razı qaldığını görmək özünüzə qarşı olan inam hissini artıracaq. 

Prostat xərçəngi riskini azaldır

Araşdırmaya görə ayda 20 dəfədən çox boşalma yaşayan kişilərdə prostat xərçəngi riski azalır.

Ağrıları azaldır

Seks vaxtı ifraz olunan oksitosin və endorfin hormonları bədəninizdəki müxtəlif yaraların daha tez sağalmasına və ağrıların azalmasına səbəb olur.

Sümükləri möhkəmləndirir

Seks vaxtı ifraz olunan testosteron hormonu sümükləri gücləndirməyə kömək edir.

Seks idmandır

Sekslə müntəzəm məğul olmaq əzələlərinizin hərəkət etməsinə səbəb olur. Buna görə də formada olmaq üçün müntəzəm sekslə məşğul olmaq lazımdır.

Bürcünə görə nə qədər seks düşkünüsən? Seç və öyrən

Mənbə: hthayat.haberturk.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh