Ev şəraitində sinə böyütmək üçün nə etməliyik?

Yəqin ki, hər bir qadının arzusudur ki, böyük sinəsi olsun. Bəs ev şəraitində ən asan sinə böyütmə metodları hansılardır?


Hansı qadın daha böyük sinələrə malik olmaq istəməz ki? Yəqin ki, hər bir qadının arzusudur ki, böyük sinəsi olsun. Bəs sinəmizi ev şəraitində necə böyüdə bilərik? Evdə edə biləcəyiniz bu metodlar ilə sizdə daha böyük sinələrə  sahib ola bilərsiniz.

Ev şəraitində necə sinə böyüdə bilərik?

Başlamadan əvvəl onu qeyd etmək istərdim ki, bu sizin təbii seçimizdir. Kiminsə sizin sinənizdə qüsur axtardığına diqqət etməyin. Əgər sinə formanız və ölçüsü sizi qane edirsə heç kimin fikirinə əhəmiyyət vermədən həyatınıza davam edin. Keçək tövsiyyələrə.

Ev şəraitində sinə böyütmənin bir neçə metodu vardır. Qeyd edəcəyimiz metodları mütəmadi etməklə sizdə qısa müddət ərzində sinənizi ideal ölçüdə böyüdə bilərsiniz. Unutmaq olmaz ki, burada əsas məsələ istəyin və iradənin olmasıdır. Nəticə əldə etmək istəyirsinizsə planlı şəkildə davam etməlisiniz. 

İdman etməklə sinə necə böyütmək olar?

sine boyutme

Bəzi idman hərəkətləri etməklə siz sinənizin böyüməsinə şərait yarada bilərsiniz. Əlbəttdə bu hərəkətlər sizin sinənizi bir neçə gün içində böyütməyəcək. Lakin edəcəyiniz fiziki hərəkətlər sinənizdə olan yağların düzgün şəkildə dağılmasına və sinə əzələlərinizin hərəkətinə səbəb olacaqdır. 

Bunun nəticəsində, xüsusilə hamilə qadınlarda müşahidə edilən sallanan sinə forması bir müddət sonra dikləşməyə başlayacaq. Buda öz növbəsində sinənin böyüməsi üçün ilk addım hesab edilir. Əgər idmanla bərabər pəhrizdə saxlayırsınızsa bədəniniz tələb olunan yağı öz daxilindən təmin etməyə çalışacaq.

Bu da sinənizdə olan artıq yağların əriməsinə və sinənizin gözləniləndən daha tez dikləşməsinə və böyüməsinə gətirib çıxaracaq. Qısacası sinənizi böyütmək istəyirsinizsə idmanla bərabər qidalanmanızada diqqət etməlisiniz. Xüsusilə yağlı qida istifadəsini minimum səviyyədə azaltmalısınız.

Masajla sinə necə böyüdülür?

sine boyutme

Masaj düzgün edildiyi təqdirdə qısa müddətdə müsbət nəticə əldə etmək üçün olduqca effektlidir. Bəs masajı necə etməliyik? Sinə böyütmək üçün hansı masaj metodları var? 

İstifadə edəcəyimiz metodlardan birində hər iki sinəyə 100 masaj hərəkəti etməkdir. Bunun üçün döşün iç tərəfindən kənarlara doğru dairə çəkəcək şəkildə əlimizin içi ilə masaj edirik. Diqqət etməmiz gərəkən əsas məqamlardan biri hər iki sinəmizə eyni sayda masaj etməkdir. 

Bu hərəkəti tamamladıqdan sonra döşləri bir-birinə 30 dəfə yaxınlaşdıraraq masajı bu cür bitiririk. Tez bir zamanda müsbət nəticə əldə etmək üçün bu masajı mütəmadi olaraq etmək lazımdır. Özünüzdə qısa zamanda effektini hiss edəcəksiniz. 

Digər bir masaj növü isə soyuq su masajıdır. Bu masaj növü digəri ilə müqayisədə daha tez nəticə əldə etməyinizə kömək edəcək. Çünki soyuq su ilə təmas sinəni daha tez böyüdür. Soyuq su ilə masaj müxtəlif formalarda edilir. Bilinən növlərindən biridə ovuc içlərimizi məmə uclarında birləşdirərək sanki ovucumuzu bir-birinə sıxırmış kimi etməkdir.

Bu hərəkət 15 dəfə edilir. Qısa müddətdə effektini hiss edəcəyinizdən əmin olun. Başqa bir metod isə sinə əzələlərini hərəkət etmək üçün nəm dəsmal ilə sanki sinəmizi sıxırmış kimi etməkdir. Bu sinə əzələlərini gərməyə və sinənin tez zamanda böyüməsinə kömək edir.

Sinə böyütmək üçün hansı fiziki hərəkətləri edə bilərik? 

Sinə böyütmək üçün evdə edə biləcəyimiz bəzi fiziki hərəkətlər var. Onlar aşağıdakılardır.

  • Dizlərinizin üstündə oturub qollarımızı çiyin yüksəkliyinə qaldıraq və arxaya doğru qollarımızı apararaq gərilmə hərəkəti edək. Sonra önə gətirib aşağı endirək. Bu hərəkəti 15  dəfə etməliyik. Diqqət etmək gərəkən məqam bu hərəkət edilərkən bədənimizi düz tutmalıyıq.
  • Dizlərimizin üstündə oturduqdan sonra əllərimizi yuxarıya doğru qaldıraraq gərilmə hərəkəti edək, ardınca qollarımızı yanlardan yerə endirməliyik. Bu hərəkətidə 15 dəfə təkrar etməliyik.
  • Dizimizin üstündə oturaraq bir əlimizi belimizdə tutaq digər əlimizi isə qabaqdan arxaya doğru sürətli şəkildə  hərəkət etdirin. Hər iki qolunuzla bu hərəkəti 7 dəfə təkrar edin.

Sinə böyüdən qidalar 

Hər hansısa bir qida sinənin böyüdülməsinə birbaşa təsir etməz. Lakin düzgün qida seçimi bədənimizdəki estrogen hormonunun artmasına səbəb olar ki, buda öz növbəsində sinə böyütmək üçün çox vacibdir. Bəs hansı qidalar sinə böyütmək üçün faydalıdır?

Toyuq əti, süd məhsulları və paxlalı qidalar sinə böyütmək üçün olduqca faydalıdırlar. Alma, üzüm, şaftalı kimi bəzi qidalar isə sinə formasını qoruyub saxlamaq üçün istifadəsi zəruri olan qidalardandır. Yediyimiz qidaların qatqısız olmadığına diqqət etməliyik. Təbii olmayan məhsullarla qidalanaraq  nəticə əldə edə bilmərik. 

Mənbə: 

yasemin.com

Göğüs Büyütme Masajı | Kadınlar Kulübü (kadinlarkulubu.com)

 

 

 

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh