Sirlərlə dolu müəmmalı Philadelphia eksperimenti: Gəmi hara yoxa çıxdı?

Philadelphia eksperimenti, 28 oktyabr 1943-cü il tarixində Amerikan hərbi donanmasının Philadelphia şəhər limanında həyata keçirdiyi iddia edilən eksperimentdir. Eksperiment nəticəsində Amerika donanmasına məxsus şəxs heyəti ilə yoxa çıxdı.. Bəs gəmi hara getdi?


Philadelphia eksperimenti, 28 oktyabr 1943-cü il tarixində Amerikan hərbi donanmasının Philadelphia şəhər limanında həyata keçirdiyi iddia edilən eksperimentdir. İddiaya görə donanmaya aid  DE 173 sinifinə aid 1240 tonluq  USS Eldridge gəmisi eksperiment nəticəsində bir neçə dəqiqə içində 600 km uzağa gedib və qayıdıb. Lakin bu eksperimentin varlığı haqqında heç bir sübut qalmayıb. Al Bielek xaricində eksperimentə qatıldığı iddia edilən heç bir əsgər bu eksperimentin doğruluğunu təsdiq etmədi. Philadelphia eksperimenti filmi çəkilənə qədər ciddiyə alınmamışdır. Rəsmi qurumlar tərəfindən belə bir eksperimentin reallığı daima yalanlansada həmişə isanların diqqət mərkəzində olmuşdur.

Eksperimentin hekayəsi: Eksperiment haqqında ilk dəfə Morris K. Jessup danışıb. Morris K. Jessup həvəskar astroloq idi və UNOlar haqqında tədqiqatlar aparırdı. Eksperimentlə əlaqəsi isə 1955-ci ildə əlinə keçən bir məktubla başladı. Məktub, Carlos Miguel Allende adında birindən gəlmişdi və eksperiment haqqında bəhs edirdi. İddiaya görə Allende eksperimentə nəzarət edən dənizçilərdən biri idi.

Eksperimentin Elmi əsasları

Eksperimentin əsasında Einstein Vahid sahə nəzəriyyəsi dayanırdı. Einstein 1920-ci ildən bu sahədə tədqiqatlara başlamış 1927-ci ildə Almanyada bir elmi jurnalda bu haqqda araşdırmalarını yayımlamışdır. Lakin bu tədqiqatını heç vaxt axıra çatdıra bilməmişdir. 

Başqa bir iddiaya görə araşdırmaya 1930-cu ildə Chicago Universitetində başlamış bir il sonra da Princeton Universitetində bu araşdırmaya davam etmişdir. Hətta Einsteinənin bu araşdırmasına Dr.John von Neumann və Dr. Nikola Teslanın bir müddət qatıldığı iddia olunur. Vahid sahə nəzəriyyəsi teoreminin eksperimentə tətbiq olunması isə “çox güclü bir elektromaqnit sahəsi yaradıb gəmiyə gələn işığı qıraraq və bükərək optik görünməzlik yaratmaq” kimi düşünülmüşdü. 

Eksperimentin keçirilməsi

Allende, eksperimentin 22 iyul 1943-cü ildə səhər 9-da generatorlar vasitəsilə həyata keçirildiyini deyirdi. Generatorların işə düşməsi ilə birlikdə gəminin üzərini yaşımtıl duman bürümüş və USS Eldridge gəmisi ortadan yoxa çıxmışdır. Allende hadisənin davamını belə danışır:

Biranda gəmi ortadan yoxa çıxdı. Nə duman qalmışdı nə də USS Eldridge. Bomboş dənizə baxırdıq. Bizim gəmidə olan yüksək rütbəli zabitlər və alimlər qorxu və heyrət içində bacardıqları bu təcrübəni izləyirdilər. Gəmi və şəxsi heyyət həm radarda həm gözümüzün qabağında yoxa çıxmışdı. Her şey yolunda gedirdi. 15 dəqiqədən sonra əmr verildi və generatorlar söndürüldü. Əvvəlcə heç bir şey olmadı, sonrasında yaşıl duman yenidən göründü və Uss Eldridge yenidən ortaya çıxdı. Ama gəmi hara getmişdi və hardan gəlirdi? Duman azalanda yolunda getməyən bir şeyin olduğunun fərqinə vardıq. Tez gəmiyə yaxınlaşdıq. Gəminin şəxsi heyətinin bəzisi yerdə uzanıb qusurdu. Digərləri isə gəmidə təəccüblü şəkildə baxırdılar. Sanki heç birinin şüuru yerində deyildi. Səlahiyyətli şəxslər dərhal gəmiyə girərək ordakı şəxsi heyəti oradan uzaqlaşdırdı və yerinə yeni şəxslər gətirildi. Gəminin radarda yoxa çıxmasına nail olunmuşdu. 2 gün sonra eyni gəmidə yeni şəxs heyətlə eksperimentin təkrarlanmasına qərar verildi. Generatorlar işə salındıqdan sonra gəmi yenə görünməzlik vəziyyətinə gəlmişdi ara sıra burnu və arxası görünür, bəzən isə bilinməyən cizgilər görünürdü. Sonra su üstündə kiçik qayıq ölçüsündü bir cizgi göründü. Ardınca mavi işığın parıldaması ilə birlikdə oda yoxa çıxdı. Bir neçə dəqiqə sonra gəmi bir neçə km uzaqda, Norfolkda görüldü. Göründükdən bir az sonra bilinməyən səbəbdən yenə yoxa çıxdı və bu dəfə Philadelphiada təkrar göründü. Bu dəfə vəziyyət çox ciddi idi. Şəxsi heyətin bəzisi yoxa çıxmışdı və bir daha geri dönmədilər. Daha faciəli vəziyyət isə beş dənizçi gəminin əriyən və sonra yenidən birləşən parçaları arasında qalmışdı. Onlardan sadəcə birinin həyatını xilas etmək mümkün oldu. Təcrübədən sağ çıxmış bəzi adamlarda qəribə xüsusiyyətlər müşahidə olunurdu. Onlarda küçədə yeriyərkən birdən ortadan yoxa çıxıb yenidən qayıdırdılar. Şəxsi heyətin yoxa çıxmasına səbəb olan hadisə nə idi?

Bu hekayəyə görə USS Eldridge 28 oktyabrda limandan 640 km uzağa getmiş və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Jessup bu hekayəyə inandı və Allendedən olayın həqiqiliyi ilə bağlı sübutlar istədi. Allende cavab məktubunda sübutunun olmadığını ancaq hipnoz vasitəsilə gördüklərini daha ətraflı danışa biləcəyi cavabını verdi. 

Jessupun ölümü

1957-ci ildə Jessup Dəniz Qüvvələri Tədqiqat Bürosuna bir dəvət aldı. Büroya gəldiyində ona özünün yazdığı The Case for the UFO adlı kitabı göstərildi. Kitabın üzərində 3 fərqli əl yazması ilə qeydlər aparılmışdı. Qeydlərdə keçmiş mədəniyyətlərdən, onların yadplanetlilərlə əlaqələrindən və 1943-cü il hadisəsindən ibarət idi. Jessup yazılardan birinin Allendə məxsus olduğunu tanıdı. Digər yazılarda Allende tərəfindən fərqli formalarda yazılmışdı. Sonradan Büro yenidən Jessupla əlaqə saxlayaraq Allendenin məktublarında göstərdiyi adresin tamamilə boş olduğunu həmçinin Jessupun kitabının Allendenin yazıları və məktubları ilə yenidən hazırlanıb bütün donanmaya paylanılacağı bildirildi. Təxmini 100 ədəd bu kitabdan nəşr olunub donanmaya paylanıldı 3 nüsxə isə Jessupa göndərildi. Bu hadisədən 2 il sonra Jessup maşınında ölü tapıldı. Polisin dediyinə görə intihar etmişdi. Carlos Allendedən isə bir daha xəbər alınmadı.

Heç vaxt açıqlana bilməyən və oxuyanların tüklərini ürpərdən sirli hadisələr

Mənbə: Philadelphia Experiment


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh