Şüşə butulkaya qoyulub, dənizə atılmış 132 illik məktub tapıldı

12 iyun 1886-cı ildə Alman dənizçi tərəfindən Hind okeanına, içərisində bir məktub olan şüşə butulka atıldı. Məktubu yazmaqda məqsəd nə idi? Məktubda nə yazılmışdı?


Butulkadakı məktubda nə yazılmışdı

12 iyun 1886-cı ildə Alman dənizçi tərəfindən Hind okeanına, içərisində bir məktub olan şüşə butulka atıldı. Butulka 132 il okeanda qaldıqdan sonra Avstraliyadakı çimərlikdə tapıldı. Şüşə butulka Tonya Illman və ailəsi tərəfindən Avstraliyanın Perth bölgəsinin 180 km şimalında, okean sahilində gəzərkən tapıldı. Tonya Illman müsahibəsində 

Dostum Grace Ricciardo ilə sahildə gəzirdik. Qumdan çölə çıxmış bir butulka gördüm, baxmaq üçün yaxına getdim. Çox köhnə və xoş görünüşü var idi. Butulka içərisindəki məktubu üstünün qumun təmizləyərkən oğlumun dostu gördü. Məktub nəmliydi. Bir neçə dəfə qatlanmış və iplərlə bağlanmışdı. Onu evə apardıq və açdıq. Açdığımızda içində almanca yazılmış bir məktub var idi.

Butulka, sahildən 950 kilometr məsafədə Hind okeanında yerləşdikləri yerlərin koordinatlarını göstərir. Eyni zamanda məktubu yazan dənizçi, okeanoqrafik araşdırmanın bir hissəsi olduğunu, adının Paula olduğunu və okean axınlarını daha yaxşı anlamaq və daha sürətli nəqliyyat yollarını tapmaq üçün bir Alman gəmisində olduğunu əlavə edib. 

Qərbi Avstraliya muzeyi tərəfindən təqdim edilən hesabatda kəşfin həqiqi olduğunu dəstəkləyən sübutlar var. İlk olaraq butulka 19-cu əsrə məxsus orjinal bir Hollandiya butulkasıdır. Həmçinin Almaniyada aparılan bir arxiv araşdırmasında məktubda göstərilən tarixdə 12 iyun 1886-cı ildə bir alman gəmisindən dənizə butulka atıldığı qeyd olunub. Arxivdə qeyd olunan butulka içərisində yazılan qeydlərlə, tapılan butulkadan çıxan qeydlər üst-üstə düşür. Tədqiqatcılar butulkanın okeana atıldıqdan 1 il sonra Avstraliya sahillərinə gəldiyini, 130 il sonra baş verən fırtına səbəbindən üzə çıxdığını ehtimal edir. Bu mesajdan əvvəl kəşf edilən ən qədim mesaj 108 il əvvələ aid idi.

Sirlərlə dolu müəmmalı Philadelphia eksperimenti: Gəmi hara yoxa çıxdı?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh