Sobaya ehtiyac yoxdur: 15 dəqiqədə hazırlaya biləcəyiniz tavada pizza resepti


Tərkibi

  • 1 ədəd yumurta
  • 3 yemək qaşığı qatıq
  • 3 yemək qaşığı zeytun duru yağ
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qabartma tozu
  • 2 stəkan un
  • ədviyyatlar (pul bibər, istiot və s.)
  • 1 yemək qaşığı tomat (pomidor yaxud bibər)
  • 3-4 yemək qaşığı su
  • kolbasa və ya sosiska (zövqə görə)
  • bibər (zövqə görə)
  • zeytun (zövqə görə)
  • pomidor (zövqə görə)
  • 250-300q bərk pendir (çeddar, mozzarella, gouda)
  • Zövqə görə digər məhsullar.

Hazırlanışı:

Yumurta, qatıq və zeytun yağını xəmir hazırlayacağımız qaba əlavə edib qarışdırırıq. Duz, qabartma tozu və unu da əlavə etdikdən sonra qarışdırıb, yoğururuq. Yapışqan bir xəmir əmələ gələnə qədər davam edirik. Sonra üzərini örtüb 15 dəqiqə dinləndiririk.

Sousu üçün bir qab içərisinə tomatı, ədviyyatları və suyu əlavə edib qarışdırırq. Dinlənmiş xəmiri yağlanmış tavanı tam örtənə qədər yayırıq. Üzərinə sousu yaydıqdan sonra pendiri xəmirin üzərini örtəcək qədər rəndələyirik. Daha sonra bibərləri, kolbasanı, zeytunu, pomidoru pendirin üzərindən yayırıq. Pendiri bir cərgədə rəndələdikdən sonra tavanın qabağını istilik çıxmayacaq şəkilə bağlayırıq.

Ən zəif alovda 15 dəqiqə bişiririk. Pizzamız hazırdır.

Nuş olsun.

Evdə necə dondurma hazırlamaq olar? Bu resepti çox bəyənəcəksiniz


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh