Təbii doğumdan sonra nə vaxt cinsi münasibətə girmək olar?

Hamiləlik cinsi həyatə birbaşa təsir edir və həyatınızda çox proses dəyişir. Hamiləlikdən sonrak mərhələ də hamiləlik qədər önəmlidir.


Hamiləlik cinsi həyatə birbaşa təsir edir və həyatınızda çox proses dəyişir. Hamiləlikdən sonrak mərhələ də hamiləlik qədər önəmlidir. Çünki doğumdan sonra qadınlarda uşaqlıq xırdalır və əvvəlki ölçüsünə qayıtması bir qədər vaxt alır. Bəs bu vəziyyət nə qədər vaxt alır və cinsi həyata necə davam etməli?

1. Doğumdan sonra hormonal balans dəyişir və bu qadınlarda emosional dəyişikliklərə səbəb olur. Doğumdan sonra qanama və axıntılar bir müddət davam edəcəkdir. Qadın rahminin və hormonların əvvəlki vəziyyətə qayıtması 40 gün, təminən 6 həftə çəkdiyindən cinsi münasibətə girmək üçün 4-6 həftə gözləmək lazımdır.

2. Doğumdan sonra adaptasiya mərhələsi bütün qadınlarda eyni vaxt limitində baş vermir. Bəzi qadınlar bu mərhələni çox rahat keçirərkən, bəzi qadınlarda bu mərhələ ciddi psixoloji problemlərə gətirib çıxarır. Məhz bu səbəbdən adaptasiya təxminən 1 ay hesab edilir və həmin müddətdə qadınların emosional ərəfəsində duyarlı olmaq lazımdır.

3. Doğum sonrası cinsi münasibət nə vaxt olmalı sualı ilə yanaşı necə olmalı sualı da çox əhəmiyyətlidir. Doğumdan sonra qadınlarda rahim quruluğu ağrılara səbəb olacağından sürüşkənlik yaradan kremlərdən istifadə edilə bilər və ya təbii olaraq önsevişmə prosesini uzatmaq olar.

Hamiləlikdə düzgün qidalanma: Nələrə diqqət etmək lazımdır?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh