Təbii yolarla baxımlı dırnaqlara sahib ola bilərsiniz: Salona getməyə gərək yoxdur

Evdə dırnaqlara qulluq üçün nələr edə bilərik?


Dırnaq baxımında kimyəvi maddələrə, gözəllik salonlarında gedilən seanslara gərək yoxdur. Sağlıqlı, baxımlı dırnaqlara təbii baxım yolları ilə də sahib ola bilərsiniz.

Düzgün qidalanma

Dırnaqların tərkibində keratin, dəmir və kalsiyum vardır. Bunları düzgün və sağlıqlı qidalanma ilə əldə edə bilərsiniz. Xüsusilə ispanaq, ət və süd məhsullarını istifadə etməyi artırmalısınız.

Dinləndirmək

Dırnaq boyası çəkməyi çox sevirik. Lakin dırnaq boyasınada bəzən fasilə vermək lazımdır. Dırnaqların uzun müddət havasız qalması onların çatlamasına və zəifləməsinə səbəb olur.

Vitamilər – C vitamini

Dırnaqlarınızı tez-tez limon, portağal və xiyar qabığı ilə masaj etməliyik. Düzənli şəkildə bunu etdikdə dırnaqlarımız daha möhkəm olur.

Təbii maska

Dırnaqlarımız üçün çoxlu təbii maska mövcuddur. Məsələn zeytunyağı, limon və E vitaminin qarışığı ilə bir təbii maska edə bilərsiniz.

Təbii dırnaq boyası siliciləri 

Bunun üçün sirkə və limon qarışımından (və ya suyu) istifadə etməyiniz tövsiyyə olunur.

Bax:Vajina ağartma metodları: Evdə nələr edə bilərik?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh