Termometr qırıldıqdan sonra nə etməliyik? Civə zəhərlənməsi və digər təhlükələr


civə, cıva, termometr

Termometr havanın, suyun, bədənin və s. temperaturunu ölçmək üçün istifadə olunan və demək olar ki, hər evdə olan alətdir. Termometrdə istiliyi ölçmək üçün maye halda metal olan civədən istifadə olunur. Civə çox asanlıqla buxarlanan maddədir.

Termometr içərisində 2 qram civə olur. Əgər civə ətrafa dağılarsa onun buxarı insan həyatı üçün təhlükəlidir. Ona görə də termometrləri çox ehtiyyatla istifadə etməliyik. Bəs ehtiyyatsızlıqdan və ya digər səbəblərdən termometr qırılarsa və civə ətrafa dağılara nə baş verə bilər? Bu məqamda nə etməliyik? 

İlk öncə onu qeyd etməliyik ki, əgər termometr qırılıb və civə ətrafa dağılıbsa mütləq Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng etməliyik. Civə mütəxəssislərin iştirakı ilə yığılmalıdır. 

Nələr etməliyik
  • İlk öncə həmin əraziyə kimsə yaxınlaşmamalıdır;
  • Həmin ərazinin havalandırılması çox yaxşı olmalıdır;
  • Civə iynə yaxud injektor vasitəsilə yığılmalıdır;
  • Yığılmış civə ağzı möhkəm, su ilə dolu qaba tökülməlidir;
  • Xalça və bənzəri yer örtüklərinin, divak örtüyünün üzərinə töküldükdə onlar atılmalıdır;
  • Ehtiyac olduğu təqdirdə ərazidə havadakı civə miqdarı müəyyən cihazlarla ölçülməlidir;
  • Civə isti temperaturda daha tez yayıldığından otağın temperaturunu aşağı salmağa çalışmalıyıq.
Nələr etməməliyik
  • Açıq əllə toxunmaq olmaz;
  • Tozsoran və digər təmizlik vasitələri ilə təmizləmək olmaz;
  • Yığılmış civə kanalizasiyaya tökülməməlidir;
  • Xalça və digər örtüklər çırpılmamalıdır;
  • Həmin ərazidə bir müddət gəzmək olmaz.
Civənin insan sağlamlığına zərərləri

civə, cıva, termometr

Civənin insana təması insanda ciddi problemlərə səbəb ola bilər. Araşdırmalar onu göstərir ki, civə insanın sinir sistemində ciddi pozğunluqların yaranmasına gətirib çıxarır. Həmçinin tənəffüs yolları ilə baş verən civə zəhərlənməsi böyrək çatışmazlığı, beyin funksiyalarında müxtəlif pozuntularda yarada bilər. 

Civə həmçinin həzm sistemi vasitəsi ilə də bədənimizə düşə bilər. Civə udmuş insanı təcili yardım gələnə qədər qusdurmaq lazımdır. Civə zəhərlənməsini uzun müddət hiss etməyə bilərik. Əgər evdə yaxud olduğunuz mühitdə civə dağılması baş veribsə mütləq həkim müayinəsinə getməlyik. Civə metal olduğundan onun bədəndən öz başına xaric olması çox uzun müddətdə baş verir.

Civənin heç bir rəngi və iyi olmadığı üçün onu olduğumuz mühitdə hiss etməyə bilərik. Ona görə də civə dağılmış yerdə bir müddət durmamaq məsləhət görülür. 

Yemişin zərərləri: Bu şəxlərin yemiş yeməsi tövsiyyə olunmur

 

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh