Fanlarına şad xəbər: Üzüklərin hökmdarı (The Lord of the Rings) dizisinin çəkilişləri yenidən başlayır


Üzüklərin Əfəndisi və Cowboy Bebop kimi filmlərin çəkilişi yaxın tarixlərdə Yeni Zellandiyada yenidən başlayacaq. Ölkədə virusun aktiv olduğu bir vaxta bir neçə dizi və filmin çəkilişinə icazə verilməsi olduqca sevindiricidir. 

Amazon Prime adlı Netflix tərzi platformada nümayiş olunacaq The Lord of the Rings dizisi üçün senaristlər filmində çəkildiyi yer olan Yeni Zellandiyanı seçdilər. Daha sonra da Cowboy Bebop kimi filmlərin ölkədə çəkilməsinin planlandığı ortaya çıxdı.  

Son dövrlərdə virusla mübarizədə uğurlu ölkələrdən olan Yeni Zellandiyada xəbər mediaları ölkə rəhbərliyinin filmlərin çəkilşi üçün icazə verdiyini elan etdi. 

Yeni Zellandiya çəkiliş meydançasına çevrilir:

Yeni Zellandiyadakı Stuff adlı sayt və digər mənbələrinin xəbərinə görə Ticarət və Məşğulluq Nazirliyi film və dizi çəkilişi üçün lazım olan icazələri verdi. Yeni Zellandiyanın fərqli bölgələrində film və dizi çəkilişlərinin keçirilməsi nəzərdə tutulur.

Ölkədə çəkiləcək filmlər arasında olduqca vacib filmlər yer alır. Siyahıya bir göz ataq. 

  • Lord of the Rings;
  • Cowboy Bebop;
  • Power Ranger Beast Morphers;
  • The Greatest Beer Run Ever;
  • Sweet Tooth;
  • James Cameron’un Avatar serisi;
  • The Power of the Dog.

Aktyor seçimi

Yeni Zellandiya film, dizi çəkilişləri üçün 206 nəfərlik komanda və onların ailələrindən 35 nəfərlik şəxsi ölkəyə qəbul etməyə qərar verdi. Ayrıca Avatar seriyası üçündə 10 nəfərlik heyət dəvət edildi. Ölkədə isə əlavə 35 nəfərlik bir çəkiliş qrupunun olduğu bildirildi. 

Bir çox film çəkilişinin Yeni Zellandiyada olması onu göstərir ki, bu karantin dövründə çıxacaq yeni filmlərin arxa fonunda Yeni Zellandiyanı tez-tez görəcəyik.

Yetkinlik yaşına çatmayanların izləməməli olduğu filmlər


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh